Accessibility links

Amerikalı nüvə eksperti: “Fukuşima çox ciddi hadisədir, ancaq artıq vəziyyət nəzarət altındadır” (AUDIO)


Amerikalı nüvə eksperti: “Fukuşima çox ciddi hadisədir, ancaq artıq vəziyyət nəzarət altındadır” (AUDIO)
Amerikalı nüvə eksperti: “Fukuşima çox ciddi hadisədir, ancaq artıq vəziyyət nəzarət altındadır” (AUDIO)

ABŞ-ın Kaliforniya ştatının Lawrence Berkeley Milli Lavoratoriyasında Nüvə Fizikası şöbəsinin direktoru Ceyms Simons deyir ki, bu mərhələdə Fukuşimada fəlakət 1986-cı ildə Ukraynada qeydə alınmış Çernobıl faciəsindən daha çox, 1979-cu ildə ABŞ-da Three Mile Island-də baş vermiş hadisəyə bənzəyir

Yaponiyanın Fukuşima-1 Atom Elektrik Stansiyasında tüstü və radioaktiv buxara görə narahatlıqlarla əlaqədar fasilədən sonra 3-cü reaktorun soyutma sistemində təmir işləri bərpa olundu. Bu, ən təhlükəli obyekt hesab olunur, çünki buradakı yanacağın tərkibində uran və plutonun qarışığı mövcuddur. Vertolyotdan çəkilən video göstərir ki, keçən həftə obyektdə yerləşən 6 reaktordan 4-dən tüstü çıxır. Bununla belə, rəsmilər deyir ki, vəziyyət potensial olaraq daha böyük bir fəlakətin qarşısını almaq üçün işlərin dayandırılması qədər ciddi deyil. Bundan əvvəl 3-cü reaktordan qara tüstünün havaya qalxması obyektdə işi dayandırmışdı.

1-ci reaktorda da təzyiq artdığına görə, artıq yeni narahatlıqlar yaranmağa başlayıb.

Yaponiya Nazirlər Kabinetinin katibi Yukio Edano deyir ki, işçilər təzyiqin artmasına səbəb olan radioaktiv yanacağa su tökmək və temperaturun təhlükəli səviyyəyə qalxmasına səbəb ola biləcək suyun axınını azaltmaq arasında incə balans yaratmağa çalışır.

Cənab Edanonun sözlərinə görə, ekspertlər vəziyyəti yaxından izləyir və reaktorların həddən artıq yüksək təzyiqə görə zədə aldığına dair heç bir dəlil yoxdur.

Mart ayının 11-i 9 ballıq zəlzələnin əmələ gətirdiyi dağıdıcı sunamidən sonra nüvə kompleksinə ciddi ziyan dəyib. Bunlara reaktor binalarında hidrogenin partlaması, radiasiya sızması, həddən artıq qızmış yanacaq naqilləri, zədələnmiş reaktor özəkləri və s. daxildir.

Amerikalı nüvə eksperti: “Fukuşima çox ciddi hadisədir, ancaq artıq vəziyyət nəzarət altındadır” (AUDIO)
Amerikalı nüvə eksperti: “Fukuşima çox ciddi hadisədir, ancaq artıq vəziyyət nəzarət altındadır” (AUDIO)

ABŞ-ın Kaliforniya ştatının Lawrence Berkeley Milli Lavoratoriyasında Nüvə Fizikası şöbəsinin direktoru Ceyms Simons deyir ki, bu mərhələdə Fukuşimada fəlakət 1986-cı ildə Ukraynada qeydə alınmış Çernobıl faciəsindən daha çox, 1979-cu ildə ABŞ-da Three Mile Island-da baş vermiş hadisəyə bənzəyir: “Bunlar fərqlidir. Ancaq oxşarlıqlar var. Bu, Çernobilda baş verdiyindən tam fərqlidir. Orada bütün reaktor partlamışdı. Fukuşima da çox ciddi hadisədir, ancaq eyni zamanda deyə bilərik ki, artıq vəziyyət nəzarət altındadır”.

Ətraf ərazidə - havada, suda və torpaqda radiasiya qeydə alınmaqdadır. Yaponiya hökuməti Fukuşima stansiyasının 30 kilometrliyində yaşayan əhaliyə evlərini tərk etməməyi məsləhət görür. Rəsmilər deyir ki, partlayışlar baş verəndən bəri nəzəri cəhətdən bəzi uşaqların qalxanvari vəzində 100 millisievert radiasiyanın qeydə alınması mümkün ola bilər.

Bəzi alimlərin sözlərinə görə, radiasiyaya məruz qalan insanlar yodlu kalsium qəbul etməlidir, çünki ildə 100 millisievert doza xərçəng riskini artırır.

Yaponiya Elmlər Akademiyası bildirir ki, Tokioda radiasiya səviyyəsinin 3 dəfə artması keçən həftənin əvvəlində baş verənlərlə bağlıdır. Tokio hökuməti bəyan edib ki, ötən həftə içməli suda aşkarlanan radioaktiv yodun səviyyəsi uşaqlar üçün təhlükəli ola bilər.

Bu xəbər ölkədə təşvişə səbəb olub və butulkada satılan suya tələbatı artırıb. Regiondan tərəvəzlərin gətirilib satılmasına da qadağa qoyulub.

XS
SM
MD
LG