Accessibility links

Amerikalı təhlilçi Metyu Brayzanın nominasiyasına qarşı iş aparanları tənqid edir


“Ağ Ev və ABŞ Dövlət Departamenti tərəfindən Metyu Brayzanın Amerikanın Azərbaycandakı səfiri postuna təyin olunması məsələsində heç bir maneəçilik yoxdur,” deyə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinin müdiri Terri Devidson bildirib. O, əlavə edib ki, hazırda Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfir postuna namizədliyinə ABŞ Senatında baxılır.

Ceymstaun Fondunun təhlilçisi Vladimir Sokor son yazısında ABŞ-ın Azərbaycana səfir vəzifəsinə nominasiya edilmiş Metyu Brayzanın üzləşdiyi maneələrdən söz açır. Amerikadakı militant erməni lobbisini Amerikanın xarici siyasətinə zərbə vurmaqda ittiham edən Sokor nominasiyaya qarşı hücumların arxasında dar məqsədli motivlərin durduğunu qeyd edir. Sokorun fikrincə nominasiyaya qarşı çıxan qanunvericilər mahiyyət baxımından Metyu Brayzanı ABŞ-ın rəsmi mövqeyini əks etdirdiyinə görə hədəf alıblar. Bu arada ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi nominasiya məsələsində gözləməkdən başqa çarə olmadığını deyir.

Senyatbrın 21-də Senat Xarici Əlaqələr Komitəsində Brayzanın nominasiyası səsə qoyuldu və 17:2 nisbəti ilə təsdiq olundu. Nominasiyanın əleyhinə səs verənlər Kaliforniyada gərgin seçki prosesi ilə üzləşən senator Barbara Bokser və erməni maraqlarının himayədarı kimi tanınan Nyu Cersi senatoru Robert Menendez idilər. “Senator Bokser və Menendezin Cənubi Qafqaz haqda mükəmməl strateji baxışlara malik olması şübhə doğurur. Onların bu mövqeyi əsasən ABŞ-dakı elektoral hesablamalara əsaslanır,” deyə Sokor bildirir.

Müəllifin yazıdğına görə senatorların Brayzaya qarşı irəli sürdükləri ittihamlar Amerikada Erməni Milli Komitəsinin (ANCA) radikal baxışlarını əks etdirir. Amerikadakı erməni diasporası daxilində Daşnaksyutun qüvvəsi ilə yaxından əlaqəsi olan bu qurum əslində prezidentin ABŞ-ın Azərbaycana səfir namizədi barədə Senatda keçirilməli olan səsverməni yubatmağa can atır.

“Məsələn namizəd ATƏT Minsk qrupunu həmsədri qismində Azəri mövqelərini tənqid etməməyə və erməni tərəfini dəstəkləmədiyinə görə tənqid olunub. Halbuki vasitəçi olaraq tərəfsizlik nümayiş etdirmək onun borcudur,” deyə Sokor bildirir. Bundan əlavə Metyu Brayza Azərbaycan və Türkiyə rəsmiləri ilə sıx təmaslar saxlamaqda ittiham olunub. Lakin Brayzanın erməni rəsmiləri ilə də çox yaxşı əlaqələri var və o, regiona tez-tez səfərlər edib.

Vladimir Sokorun yazdığına görə Brayzaya qarşı irəli sürülən ittihamlardan ən çox hiddətləndiricisi onun həyat yoldaşı Zeyno Baranın türk mənşəli olmasına dair ittihamlardır. “ABŞ siyasətində heç vaxt omayıb ki, ictimai rəsmiyə həyat yoldaşının etnik mənsubiyyətinə, redaksiya heyətlərindəki üzvlüyünə, enerji siyasəti üzərindəki işi və hətta toyuna görə hücum edilsin.” Sonda müəllif Metyu Brayzaya qarşı ittihamların onun məhz ABŞ maraqlarınını təmsil etdiyinə görə meydana çıxdığını və bununla da ANCA kimi qurumların ABŞ-ın Cənubi Qafqazdakı siyasətini dəyişdirməyə cəhd etdiyini vurğulayır.

“Ağ Ev və ABŞ Dövlət Departamenti tərəfindən Metyu Brayzanın Amerikanın Azərbaycandakı səfiri postuna təyin olunması məsələsində heç bir maneəçilik yoxdur,” deyə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinin müdiri Terri Devidson bildirib. O, əlavə edib ki, hazırda Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfir postuna namizədliyinə ABŞ Senatında baxılır. “Bildiyiniz kimi, bu ilin may ayında Dövlət Departamenti, eyni zamanda Ağ Ev Metyu Brayzanın namizədliyini ABŞ-ın Azərbaycandakı səfiri kimi elan edib. Amma söhbət ondan gedir ki, hazırda Senat bunu müzakirə edir və hər şey Senatın qərarından asılıdır. Biz Senat qərar verənədək gözləməliyk. Bir daha qeyd edim ki, Metyu Brayzanın namizədliyi Obama tərəfindən irəli sürülüb. Ağ Ev və Dövlət Departamenti tərəfindən bununla bağlı heç bir problem yoxdur. Ona görə biz nəticəni gözləməliyik,” deyə cənab Devidson qeyd edib.

XS
SM
MD
LG