Accessibility links

Amerikalılar 4 iyul bayramını ziyafətlərlə, atəşfəşanlıqla qeyd etdilər


Birləşmiş Ştatlarda 4 iyul müstəqillik bayramı ənənəvi ziyafətlərlə və atəşfəşanlıqla qeyd olunub.

Paytaxt Vaşinqtonda 4 iyul paradı mərkəzi Konstitutsiya xiyabanı ilə hərəkət edib. Daha sonra izdiham Kapitoli qarşısındakı meydana toplaşaraq konsert dinləmiş, gecə isə atəşfəşanlığı seyr etmişdir.

Vaşinqtona gəlmiş müsafirlər atəşfəşanlıqdan həzz aldıqlarını deyiblər.

Günün əvvəlində prezident Barak Obama vətəndaşlığı yenicə qəbul etmiş 25 ABŞ ordusunun əsgəri ilə görüşüb.

Prezident daha sonra hərbçilərin ailələri ilə görüşmüş və onlarla birlikdə piknikə qatılmışdır.

Cənab Obamanın Respublikaçı opponenti Mitt Romni isə bayramı Nyu Hempşirdə keçrilən paradda iştirak etməklə qeyd edib.
XS
SM
MD
LG