Accessibility links

Amerikanın şərq ştatları qasırğa təhlükəsi altındadır


Bir milyona yaxın insanın evakisiyası gözlənilir

Florens qasırğası güclü sürətlə Atlantik okeanının qərb hissəsindən ABŞ-ın şərq sahillərinə istiqamət alıb. Şimali Karolina və Cənubi Karolina ştatlarının sakinləri evlərini tərk edir. Bir milyona yaxın insanın evakisiyası gözlənilir.

Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, Bermuda və Bahama adaları arasından keçən qasırğa cümə axşamı və cümə günləri Amerikanın Şimali və Cənubi Karolina ştatlarına çatmalıdır.

Sahillərə çatdıqdan dərhal sonra qasırğanın təhlükəli tufana çevriləcəyi gözlənilir.

4-cü kateqoriyada qeydə alınan Florens saatda 185 kilometr sürətlə irəliləyir.

Virciniya, Meriland, Şimali Karolina və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan edilib.

Nyu-Cersi ştatında sakinlərə xəbərdarlıq verilib. Bölgədə daşqınlar gözlənilir.

Cənubi Karolina ştatının qubernatoru Henri Makmaster daşqınların səviyyəsinin 3 metrə qədər olacağını təxmin edir.

ABŞ prezidenti Donald Tramp tvit edərək, insanları son illərin ən təhlükəli qasırğaları ilə ehtiyatlı olmağa çağırıb. Prezident ştat qubernatorları ilə təmasda olduğunu və lazımı yardımın göstəriləcəyini bildirib.

Florensdən dərhal sonra daha bir qasırğa İssakın Karib dənizinə doğri istiqamət alacağı proqnozlaşdırılıb. Florensdən daha kiçik və daha zəif olan bu qasırğanın Puerto Riko və Dominikan Respublikasına şənbə günü çataca gözlənilir.

3-cü Atlantik qasırğası Helenin isə quruya deyil, açıq sulara doğru irəliləyəcəyi bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG