Accessibility links

Amerikanın ən yaşlı İkinci Dünya Müharibəsi veteranı 112 yaşında vəfat edib


Amerikanın ən yaşlı İkinci Dünya Müharibəsi veteranı Riçard Overton 112 yaşında vəfat edib. Overton həm də ölkənin ən yaşlı vətəndaşı idi.

Ailə üzvü Şirli Overton bildirib ki, ordu veteranı cümə axşamı Texasın Ostin şəhərində pnevmoniyadan müalicə olunduğu xəstəxanada vəfat edib.

Overton orduya 30 yaşlarında könüllü olaraq qoşularaq, 188-ci Aviasiya Mühəndisliyi Batalyonunda qaralardan ibarət dəstənin üzvü kimi Quam və İvo Cima daxil olmaqla, Sakit Okeanda xidmət edib.

XS
SM
MD
LG