Accessibility links

Amerika teleserialında Dağlıq Qarabağda hərbi əməliyyatla bağlı epizod Ermənistanda narazılığa səbəb olub


16 oktyabr tarixində ABŞ-ın CBS telekanalında yayımlanan "SEAL Team" tele-serialının bölümlərinin biri Ermənistanda və ermənidilli şəbəkələrdə narazılıqlara səbəb olub.

Bu serialın hər bölümündə Amerikanın xüsusi qüvvələrinin dünyanın müxtəlif yerlərinə apardıqları riskli əməliyyatlar göstərilir. Ən son bölümdə isə onlara Dağlıq Qarabağa gedib, orada erməni hərbçilərinin ələ keçirdiyi elektrik stansiyasını onlardan geri almaq tapşırığı verilib, çünki ssenariyə əsasən, erməni həbçiləri “12 saat əvvəl atəşkəsi pozub”.

Tapşırığa əsasən, stansiyanı geri almaq regionda siyasi sabitliyi qoruyub saxlamağın yeganə yoludur. Serial qəhrəmanlarının sözlərinə görə, “ABŞ-ın düşmən qüvvələrinə” elektrik stansiyasına və elektrik enerjisinin paylanmasına çıxış əldə etməsinə icazə vermək olmaz.

Qəhrəmanlardan biri “Bizi adını belə tələffüz edə bilmədiyim ölkələr arasında ərazi üzərində gedən müharibə niyə maraqlandırmalıdır?” - deyə, sual edir. “Çünki bura Azərbaycandır - bizim Xəzər dənizindəki yeganə müttəfiqimiz,” əməliyyat koordinatoru dillənir.

Dağlıq Qarabağ serialda “mübahisəli region” adlandırılıb.

Erməni sosial şəbəkələrinin istifadəçiləri bu epizodu və onun ssenaristlərini sərt tənqid edib. Bəziləri hətta onların Qarabağdakı hadisələri bu cür təsvir etmələri üçün Azərbaycandakı səlahiyyətlilərdən pul aldıqlarını iddia edib. Amma ssenari müəllifləri Bencamin Kavell, Holli Harold və redaktorlar Kenni Payan və Ceykob Roman Ermənistana qarşı qərəzli münasibət büruzə verməyiblər.

Televiziya tənqidçiləri Azərbaycan hökümətinin serialın ssenaristlərinə hər hansı yolla təsir göstərdiklərini və ya onlara müqanişə ilə bağlı görüşlərini ötürməyə çalışdıqlarını düşünmür.

Reallıqda Azəraycan ABŞ-ın Xəzər dənizi regionundakı yeganə müttəfiqi deyil. Ermənistanla ABŞ arasında münasibətlər isə son zamanlarda çox “istiləşib”. Belə ki, ABŞ prezidentinin sabiq təhlükəsizlik müşaviri Con Bolton bu yaxınlarda Ermənistana səfər edib. Amerikadakı erməni diasporu bu yaxınlarda Ermənistanda baş verən inqilabı aktiv şəkildə dəstəkləyib.

Chatham House təhlilçisi Lorens Broers deyir ki, “sonda məlum olur ki, bu serialdakı “pis oğlanlar” erməni üsyançıları deyil, iranlı hərbçilərdir”. O, güman etmir ki, “Azərbaycanın piar maşını” isti münasibətləri olan İranla Azərbaycan arasındakı problemləri təsvir edən məzmunu maliyyələşdirər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG