Accessibility links

Amerikanın Səsində COVID-19 virusuna ilk yoluxma halı


ABŞ-ın Qlobal Media Agentliyinin loqosu, Amerikanın Səsinin baş ofisi

Amerikanın Səsi əməkdaşlarından birində koronavirus aşkarlandığını bildirir. Laboratoriya müayinəsi bu diaqnozu təsdiqləyib. Virusa yoluxmuş şəxs Amerikanın Səsinin baş ofisində sonuncu dəfə 11 mart tarixində olub.

İşdə olarkən xəstələndiyini hiss edib və evə gedib. Ertəsi gün dərhal testdən keçmək üçün analiz verib. Yoluxan şəxsin vəziyyəti hazırda yaxşıdır. Xəstəliyin başqalarına yayılmasının qarşısını almaq üçün hazırda evdə özünütəcriddədir. Amerikanın Səsinin bütün işçi heyyəti yoluxan şəxsə öz xoş arzularını çatdıraraq, tezliklə sağalmasını diləyir.

Şəxsin yoluxması ehtimalı barədə xəbərdarlıq alan Amerikanın Səsinin rəhbəliyi məsələyə dərhal reaksiya verərək təcili qabaqlayıcı tədbirlər həyata keçirib. Belə ki, test nəticələri bəlli olmazdan əvvəl Amerikanın Səsinin tabe olduğu rəhbər qurum, ABŞ-ın Qlobal Media Agentliyi təcili olaraq yoluxmuş şəxsin olduğu studiyaları, ofisləri, iş zamanı olduğu bütün otaqların sənaye üsulu ilə təmizlənməsi və dezinfeksiya olunması üçün tövsiyə göndərib. Təmizləyici heyyət həmçinin studiyaları hər bir gündən bir təmizləyərək dezinfeksiya edir.

Qabaqlayıcı tədbirlər məqsədi ilə iş zamanı xəstəliyə yoluxmuş şəxslə yaxın əlaqədə olan bütün işçilər təcili olaraq evə karantinə göndərilib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin tövsiyə olunan təlimatlarına əsasən işçilər karantində qalmaqda davam edəcək. Ehtiyac olduğu zaman əlavə tibbi yardım almaq üçün müvafiq tibb müəssisələri ilə əlaqə saxlayacaqlar.

Amerikanın Səsi ortaya çıxa biləcək hər hansı yeni bir yoluxma halına hazır olmaq və önləmək, eləcə də şəxsi məlumatların gizliliyini qorumaqla vəziyyəti tam nəzarətdə saxlayacaq. Həmçinin potensial olaraq təsirə məruz qalan heyətə dərhal məlumat vermək və virusun yayılmasını azaltmaq üçün sürətli və qətiyyətli tədbirlər həyata keçirir. Fərdi məxfiliyiə hörmət məqsədi ilə agentlik bu vəziyyətlə əlaqədar olaraq bəzi təfərrüatları paylaşmır.

Amerikanın Səsi işçi qüvvəsinin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri nəzərdən keçirir. Agentlik işçi qüvvəsi arasında yoluxma riskini azaltmaq üçün aktiv addımlar atır.

Bu addımlara xəstə işçilərin evdə qalmasını təşviq etmək, bütün
qurğularının təmizlənmə tezliyini artırmaq, yığıncaq və işçilərin səyahətini ləğv etmək, işçilərin evdən işləməsini 80 faizindən çox artırmaq və digər profilaktik tədbirlər daxildir.

İşçi heyyətin sağlamlığı və iş yerində sağlam mühitin yaradılması Amerikanın Səsinin əsas prioritetdir. Amerikanın Səsinin rəhbərliyi COVID-19 virusundan qorunmaq yollarını hər cür şəkildə və ölçüdə qiymətləndirməyə və inkişaf etdirməkdə davam edəcək. Eləcə də gələcəkdə baş verəcək yeni yoluxma halları ilə bağlı işçilərə tam məlumat verəcəkdir.

Şərhlərə bax

XS
SM
MD
LG