Accessibility links

Amerikanın Səsinin Hausa xidmətinin 15 əməkdaşı işdən uzaqlaşdırıla bilər


Amerikanın Səsi Hausa xidmətinin 15 əməkdaşını işdən çıxarıb və ya çıxarır. Onlar qanunsuz ödənişlər də daxil edilməklə, davranış problemlərinə dair ittihamlardan sonra işdən çıxırılıb.

AS-nin direktoru Amanda Bennet bildirib ki, agenlyin rəhbərləri artıq bir neçə aydır bununla bağlı təhqiqat aparırıdı.

Auditoriyamızın bizə bəslədiyi etimaddan mühüm heç nə ola bilməz. Həmin etimadı qoruyub saxlamaq üçün jurnalizmin, peşəkarlığın, hüquqi və mənəvi bütövlüyün ən yüksək standartları gözlənilməlidir.

"Məxfi saxlanma qanunları bizə spesifik açıqlamalar verməyimizi yasaqladığı üçün təhqiqatlar başa çatdıqdan sonra onların işinə xitam verilib" deyə, direktoru yazıb.

Bennett bildirib ki, ödənişlər rəsmi işıqlandırmada əldə edilib.

"Digər bir təhqiqat Amerikanın Səsinin reportajlarına qeyri-etik təsirlə bağlıdır. Əgər belə bir təsir müəyyən edilsə, şəffaf şəkildə lazımi ölçülərə əl atılacaq," direktor qeyd edib.

Bennett deyib ki, Amerikanın Səsinin Afrika şöbəsi təhqiqata dəstək verib və əməkdaşların işdən çıxarılmasında əməkdaşlıq edib.

Bennett əlavə edib: "Auditoriyamızın bizə bəslədiyi etimaddan mühüm heç nə ola bilməz. Həmin etimadı qoruyub saxlamaq üçün jurnalizmin, peşəkarlığın, hüquqi və mənəvi bütövlüyün ən yüksək standartları gözlənilməlidir."

Amerikanın Səsinin Hausa xidməti Nigeriya və Nigerə verilişlər yayır.

XS
SM
MD
LG