Accessibility links

"Amerikanın Səsi"nin adı dəyişdi!


Bu gündən etibarən "Amerikadan Səs" adı altında fəaliyyət göstərəcəyik. Səbəb?

"Amerikanın Səsi" yeni ad altında fəaliyyət göstərəcək. Belə ki, bu gündən etibarəndən biz "Amerikadan Səs"ik.

Tələsməyin. Zarafat edirik :) Bu, 1 Aprel zarafatıdır!

1 Aprel bütün dünyada Gülüş Günü kimi tanınır. Amerikada da adətən bu gün insanlar zarafat edərək bir-birini aldadır, üzlərdə təbəssümə, gülüşə səbəb olurlar.

Bu zarafatlar sonda "1 Aprel zarafatı" ifadəsi ilə başa çatır.

Hətta böyük şirkətlər də Gülüş Gününü qeyd edir. "Google Maps" bu gün "Pokemon Masters" adlı müraciət edib. "Pokemon" sınağında iştirakçılardan animasiya məxluqlarını Google Maps vasitəsilə tutaraq onları zərərsizləşdirmək tələb olunur. Ən yaxşı istifadəçinin isə Google-da işlə təmin olunacağı bildirilir.

Ancaq internet şəbəkələrdə ani populyarlıq qazanan bu sınağın daha sonra aprel zarafatı olduğu ortaya çıxıb. Bu isə milyonlarla insanın üzündə gülüşə səbəb olub.

Belə ki, siz də dostlarınızla zarafat etmək istəsəniz, internetdən çoxsaylı zarafatlar tapa bilərsiniz.

Gülüş Gününüz Mübarək!
XS
SM
MD
LG