Accessibility links

Amerikana: ABŞ-da "Diner" restoranları [Video]


Amerikana: ABŞ-da "Diner" restoranları
please wait

No media source currently available

0:00 0:03:45 0:00

Amerikana: ABŞ-da "Diner" restoranları

Cəmi 25 ildir fəaliyyətə başlayan bu restoranlar ənənəvi və fast food restoranları arasında boşluğu dordurmaq məqsədi daşıyır

Daynerlər məxsusi olaraq Amerika stilində olan restoranlardır ki, bu restoranları ABŞ-ın 4 bir yanında tapmaq olar və onların hamısının görünüşü və menyusu eynidir. Fast foodlar və ənənəvi restoranlardan fərqlənən bu restoranı 3 sözlə belə ifadə etmək olar: sadə, doyumcul və ucuz.

Merilend ştatının Waldorf şəhərindəki Silver Diner. Amerikanın bütün daynerlərdində rast gələcəyini demək olar ki hər şeyi burada da görə bilərsiniz…

Jukebox, vinil guşələr və art deko daxili görünüşdən tutmuş maşın stilində olan restoranın metal və böyük aynabəndli xarici görünüşünədək.

Amma buranı digər daynerlərdən bir xüsusiyyət ayırır: menyu

Bu möhtəşəm yeməklərə görə kredit baş aşpaz İpah Von Hegstdə düşür. O, şəriyi Bob Caymo ilə ilk Silver Diner-i 25 il əvvəl təsis edib. “Biz istəyirdik ki, ailələr üçün elə bir atmosfer yaradaq ki, onlar orada həm də gözəl yemək yeyə bilsinlər” - deyə baş aşpaz və restoranlar şəbəkəsinin həmtəsisçisi bildirir.

Beləcə onlar qərara gəlir ki, burger və pankeyk kimi ənənəvi yeməklərin daha sağlam variantı verilən restoran açsınlar. Restoranın pankeykləri ağardılmamış undan hazırlanır, ətlər isə antibiotik və hormonsuzdur.

Onlar 15 yerli ferma ilə əməkdaşlıq edərək reseptlərinə təzə inqridientlər əlavə edə bilir. Bu reseptlərə qeyri-ənənəvi yeməklərdə daxildir.

“Bu hədər deyil. Etdiyimiz qarşılığını alırıq. İnsanlar sağlam qida əldə etmək istəyir. Onlar daha yaxşısını istəyəcək. Əgər istəklərinə əmək etməsən, biznesi bağlamağa məcbur olarsan” - deyə baş aşpaz bildirir.

Hazırda şəriklərin 15 Silver Diner-I fəaliyyət göstərir ki, bu restoranların da çoxu paytaxt Vaşinqton və ətrafındadır. Onlar həftədə 10 min müştəriyə xidmət edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG