Accessibility links

Amerikana: Nağılvari Milad işıqları [Video]


Amerikana: Nağılvari Milad işıqları
please wait

No media source currently available

0:00 0:08:07 0:00

Amerikana: Nağılvari Milad işıqları

Amerikana proqramının bu dəfəki buraxılışında sizi Birləşmiş Ştatlarda Milad mövsümünün əhval-ruhiyyəsi ilə tanış edirik. Amerikanın ən böyük bayramı sayılan Christmas - Milad bayramı təqribən bir ay davam edir. Şükran bayramından bir gün sonra evlər, küçələr, ticarət mərkəzləri bərq vuran işıqlarla bəzənir.

Deyilənə görə Milad bayramının kökləri Saturnun şərəfinə qədim Romada bayram edilən Saturnaliyadan qaynaqlanır. Uzun və soyuq qış fəslində dekabrın 17-dən 23-dək romalılar şadlıq edər, bir neçə günlüyə də olsa dünyanın dərd-qəmini unutmağa çalışardılar. Ola bilsin, sonradan xristian dinini qəbul edən Roma İmperiyasının sakinləri elə bu səbəbdən bayramı yeni, fərqli ənənəyə uyğun qaydada davam etdirməyə qərar vermişdilər.

Başqa ölkələrdə Yeni İl bayramı qeyd olunurkən, dindar puritanların əsasını qoyduqları Amerikada dekabrın 25-i, İsa Məsihin doğum günü əsas bayram hesab edilir. Dekabrın 24-ü, bayram gecəsi bütün kilsələrdə təmtəraqlı Milad mərasimi keçirilir. Merry Christmas təbriki Happy New Year təbriki qədər önəm daşıyır.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG