Accessibility links

Amerikana: Tarixi Annapolis [Video]


Amerikana: Tarixi Annapolis
please wait

No media source currently available

0:00 0:07:41 0:00

Amerikana: Tarixi Annapolis

Vaşinqtonda 50 kilometr şərqdə yerləşən Annapolis şəhəri ABŞ-ın ilk paytaxtlarından biri olub

Annapolis - o qədər də uzun tarixi olmayan Amerikanın ən qədim şəhərlərindədir. Paytaxt Vaşinqtondan 50 kilometr aralıda yerləşən Annapolis şəhərinin əhalisi 40 min nəfərdən azdır. Atlantik Okeanına çıxan Chesapeake körvəzində Severn çayının sahilindəki bu kiçik şəhər 1649-cu ildə Virciniya ştatından mühacirət edən Puritanlar tərəfindən salınıb. Tarixlə zəngin Annapolis 1783–84-cü illərdə Amerika Birləşmiş Ştatlarının müvəqqəti paytaxtı olub.

1779-cu ildə istfadəyə verilən bu bina başqa tarixi hadisələrə də ev sahibliyi edib. Belə ki 1783-cü ilin dekabrında Corc Vaşinqton məhz State House adlanan bu binada Kontinental ordunun generalı kimi Ali Baş Komandanlıqdan istefa verib. Bəli, tarixdə ilk dəfə idi ki, qalib gəlmiş general istefaya gedirdi.

Tarixi Annapolisin mərkəzi Main küçəsi turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir. Bu küçə şəhərin bəlkə də ən müasir hissələrindəndir.

Şəhərdəki Hərbi Dəniz Akademiyası 1845-ci ildə qədim istehkamın ərazisində salınıb. Akademiyanın missiyası ABŞ Dəniz Donanması və Dəniz Piyadaları Korpusunda xidmət etmək üçün zabitlər hazırlamaqdır.

Annapolisin liman şəhəri olması buranın starateji mövqeyini müəyyən etməklə yanaşı, həm də turistlərin sevgisinə səbəb olur. Yaxtalar, su taksisi və körfəz havası insanların zövqünü oxşayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG