Accessibility links

Bloq: Amerikanın ən güclü universitetləri

QS Dünya Universitetləri cədvəlinə əsasən ABŞ elitar təhsil ocaqları arasında ən çox universitetə malik olan ölkədir. 30 Amerika universiteti dünyanın ən güclü 100 universiteti siyahısında yer alır. Gələcəyin ixtiraçıları, liderləri, mütəfəkkirləri və mühəndislərini yetişdirən həmin bu təhsil ocaqları Qərb sivilizasiyasının bünövrəsini təşkil edir. Milyardlarla dollar büdcəyə sahib universitetlərin bəxş etdiyi misilsiz təhsil Amerika universitetlərinə xaricdən hər il milyonlarla tələbəni cəlb edir. QS saytının son sıralamasına əsasən Birləşmiş Ştatların ən güclü 10 universiteti bunlardır:

“İri Gümbəz” binası, MIT
“İri Gümbəz” binası, MIT

1. Massaçusetts Texnologiya İnstututu – İngiliscə MIT (Massachusetts Institute of Technology) abreviyaturası ilə tanınan ali təhsil ocağı təkcə ABŞ yox, dünya miqyasında bir nömrəli universitet sayılır. Dörd ildir ki, titulu əldə saxlayan elm mərkəzi çoxlu məşhur və uğurlu məzunlar yetişdirib. Əsasən fiziki elmlərə və mühəndislik dərəcələrinə görə tanınan MIT son illərdə biologiya, iqtisadiyyat, linqvistika və menecment fənlərində də öncüllüyü ələ alıb.

Palma Yolu, Stanford Universitetinin girəcəyi
Palma Yolu, Stanford Universitetinin girəcəyi

2. Stanford Universiteti – 2017-ci ilin statistikasına əsasən dünyada ikinci yeri tutan Stanford Universiteti sahibkarlıq atmosferinə və yüksək keyfiyyətli biznes kurslarına görə tanınır. Mühəndislik və texnologiya sahələrində MIT ilə sıx rəqabətdədir. Stanford Universitetinin məzunları bir çox beynəxalq miqyaslı şirkətlər yaratmağa nail olublar. Bunların sırasında Google, Yahoo, Nike və Instagram var.

Vaxtikən Harvard Universitetini erkən tərk etmiş Facebook banisi Mark Zuckerberg fəxri doktorluq dərəcəsi alır və Harvard məzunları üçün buraxılış nitqi söyləməyə hazırlaşır. 25 may, 2017.
Vaxtikən Harvard Universitetini erkən tərk etmiş Facebook banisi Mark Zuckerberg fəxri doktorluq dərəcəsi alır və Harvard məzunları üçün buraxılış nitqi söyləməyə hazırlaşır. 25 may, 2017.

3. Harvard Universiteti – Dünyada üçüncü ən qüdrətli universiteti kimi tanınan Harvard Universieti elm və tibb sahələrində ən yuxarı pillədə qərar tutur. Humanitar və incəsənət sahələrində isə yalnız Britaniyanın Kembric Universitetindən bir addım geridə qalır. 1636-cı ildə əsası qoyulmuş Harvard Amerikanın ən qocaman və ən varlı təhsil ocağıdır.

Caltech mexaniki mühəndislik tələbəsi Joseph Greef 29-cu illik Mühəndislik Dizaynı müsabiqəsində hava robotunu nümayiş etdirir.
Caltech mexaniki mühəndislik tələbəsi Joseph Greef 29-cu illik Mühəndislik Dizaynı müsabiqəsində hava robotunu nümayiş etdirir.

4. Kaliforniya Texnologiya Institutu – Caltech (California Institute of Technology) kimi tanınan ali təhsil ocağı dünya sıralamasında beşinci yerdə gedir. Cəmi 2,200 tələbəsi olan universitet elitar qruplaşmada ən kiçik universitetdir. Dəqiq elmlər və mühəndislik fənlərində ixtisaslaşmasına görə bu universitet böyük prestijə malikdir. Təbii elmlər də institutun güclü aspektidir.

ABŞ prezidenti Barak Obama Çikaqo Universiteti hüquq məktəbinin tələbələrinə Ali Məhkəmənin necə işləməsi haqda danışır. Obama prezident olmazdan öncə Çikaqo Universitetində illər boyu Konstitutsiya hüququndan dərs deyib. 7 aprel, 2016. REUTERS/Kevin Lamarque

5. Çikaqo Universiteti – Dünyanın 9 nömrəli universiteti həm humanitar, həm də elmi ixtisaslaşdırmasına görə tanınır. Çikaqo Universitet Nəşriyyatı ABŞ-ın ən iri nəşriyyatıdır. Bu universitetin məzunları arasında 89 Nobel mükafatı laureatı var. Miçiqan Gölü sahilində yerləşən universitetin fizika fakültəsi kampusdakı futbol meydançasının altında dünyanın ilk özünü hərəkət etidrən nüvə reaksiyası inkişaf etdirib.

Prinston Universiteti hər il 2,000-dən çox tələbəyə müxtəlif sahələr üzrə bakalavr və magistr dərəcələri verir. (AP Foto/Mel Evans)
Prinston Universiteti hər il 2,000-dən çox tələbəyə müxtəlif sahələr üzrə bakalavr və magistr dərəcələri verir. (AP Foto/Mel Evans)

6. Prinston Universiteti – Dünya sıralamasında 13-cü yerdə gedir. 1746-cı ildə təməli qoyulmuş universitet humanitar fənlərdə üstünlük nümayiş etdirir. Universitet tələbələrinə səxavətli təhsil təqaüdləri verir və bütün zümrələrin təmsilçilərinə təhsil imkanı bəxş etməyə çalışır. Bir çox başqa uğurlu adamlardan əlavə, Prinston Universitetinin məzunları sırasında sabiq prezidentlər Vudro Vilson və Ceyms Madison yer alır.

Kornell universitetinin tələbələri pomidorun nə vaxt yetişdiyini müəyyən edə bilən robot icad ediblər.
Kornell universitetinin tələbələri pomidorun nə vaxt yetişdiyini müəyyən edə bilən robot icad ediblər.

7. Kornell Universiteti – Nyu York ştatının şimalında yerləşən universitet jurnalizm və Amerika araşdırmaları üzrə ön sırada yer alır. İngilis aktyor Con Klis burada dərs deyir. Məktəbin məzunları arasında “Elm Adamı” kimi tanınmış Bill Nye var.

Harkness Qülləsi, Yale Universiteti (AP Foto/Beth J. Harpaz, File)
Harkness Qülləsi, Yale Universiteti (AP Foto/Beth J. Harpaz, File)

8. Yale Universiteti – Amerikanın ən qocaman universitelərindən biri 1701-ci ildə fəaliyyətə başlayıb. 1861-ci ildə Yale Universiteti ABŞ-da ilk elmlər doktorluğu dərəcəsi verən universitet olub. Universitetin məzunları arasında beş sabiq ABŞ prezidenti və 13 milyarder var.

Cons Hopkins Universitetinin Tətbiqi Fizika Laboratoriyasında "Yeni Üfüqlər" adlı elmi heyətin üzvləri fəza gəmisinin Plutondan çəkdiyi son və ən dəqiq görüntülü şəklinə reaksiya verirlər. 14 iyul, 2015.

9. Cons Hopkins Universiteti – Dünya sıralamasında 17-ci yeri tutan universitet məşhur sahibkar, quldarlıq əleyhinə fəal və filantropist Cons Hopkinsin adını daşıyır.

Pennsivlaniya Universiteti rəhbərliyi və aktyor Robert Redford kampusda Sundance Film mərkəzlərinin yaradılacağını elan edirlər. 2 oktyabr, 1998 (AP Foto/William Thomas Cain)
Pennsivlaniya Universiteti rəhbərliyi və aktyor Robert Redford kampusda Sundance Film mərkəzlərinin yaradılacağını elan edirlər. 2 oktyabr, 1998 (AP Foto/William Thomas Cain)

10. Pennsilvaniya Universiteti – ABŞ dövlətinin qurucularından olan Bencamin Franklinin əsasını qoyduğu universitet dünya üzrə 18-ci yeri tutur. Bütün sahələrdə, ələlxüsus tibbi araşdırmada yüksək reytinqlərə malikdir.

XS
SM
MD
LG