Accessibility links

Amerikanın Səsinin əməkdaşının avtomobilinə hücum olub [Video]


Tapdıq Fərhadoğlu
Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu hadisənin kriminal, yoxsa peşə fəaliyyəti ilə bağlı olması haqda qəti fikir söyləmir

İyunun 11-də Amerikanın Səsinin əməkdaşı Tapdıq Fərhadoğlunun avtomobilinə hücum olub. Jurnalist avtomobilini Caspian Plaza Biznes Mərkəzinin qarşısında yol kənarında saxlayıb:

"Saat 16-da maşını orda qoyub, tədbirə getdim. Qayıdanda avtomobil salamat idi. Ancaq axşam 9-un yarısı işdən çıxanda gördüm ki, maşının sol arxa qapısını sındırıblar. Heç nə aparmayıblar, bir mikrofon olan çantamı götürüblər".

Tapdıq Fərhadoğlu baş verənlərin kriminal yoxsa peşə fəaliyyəti ilə bağlı olması haqda qəti fikir söyləmir:

"Ancaq bir onu deyə bilərəm ki, təşkil olunmuş işdir. Mənim maşınım yolun kənarında saxlanıb. Bu, işlək yoldur. Ordan hər saniyə adamlar, maşınlar keçir. Belə yerdə maşının sındırılması təsadüf deyil".

Jurnalist hadisəylə bağlı DİN-in «102» saylı növbətçi hissəsinə məlumat verib, Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinə müraciət edib. Araşdırma başlanıb. Hələlik hadisənin səbəbi bəlli deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG