Tailandın sahilində yerləşən bir şəhərin adı ketçup qədər hər yerdə tanınan çili sousu vasitəsilə Amerikada populyarlıq qazanır. Bu şəhərin və sousun adı Sri Raçadır.
Milyonlara amerikalı üçün sriraça sousu aludəçilik və ya asılılığa çevrilib.
Hətta sriraça sousuna həsr olunmuş kulinariya kitabları da var .
Bu qırmızı acı bibərdən hazırlanan sous haqda mahnı bəstələnib.
Amerikanın ən tanınmış sous brendinin Sriraça şəhəri ilə heç bir əlaqəsi yoxdur, heç sousun tərkib hissələri də Tailanddan gəlmir.
Sous 1980-ci illərdə Vyetnamdan Kaliforniaya mühacirət edən çinli Deyvid Tran tərəfindən hazırlanıb.
“Hər bir aşbazın soyuducusunda bir şüşə sous var.”
Amma tailandlılar “Sriraça” sousunun 13 min kilometr uzaqda istehsal olunduğunu eşidəndə buna inanmayıblar.
“Necə yəni Amerikada istehsal olunur? Axı adı Sriraçadır.”
“Adından da bəllidir ki, bu məhsul Tailandadır. “
“Dad testi keçirmək üçün Sriraça sousundan bir az tailandlılara verdik ki, sousun onların öyrəndiyi dada uyğun olub-olmadığını öyrənək.”
“Amerikan sousu daha duzlu və acıdır. Tailand sousu isə daha şirin və turşdur.”
“Mən bizim ənənəvi Tailand sousuna üstünlük verirəm, çünki o, kəskin acı deyil. Amerikan sousunun da özünəməxsus tamı var, amma o daha kəskindir.”
Tailandda orijinal Sri Raça sousu ilə bağlı müxtəlif iddialar var.
Amma hər kəsin razılaşdığı bir məsələ odur ki, qırmızı şüşədə yaşıl qapaqlı amerikan sousu artıq kulinariya öz fərqli yerini tutub.