Accessibility links

Amnesty İnternational: Azərbaycan hakimiyyəti pandemiyadan təzyiqi artırmaq üçün istifadə edir


“COVID-19, on illərdir davam edən bərabərsizlik, baxımsızlıq və sui-istifadə sayəsində zülmün zəncir vurduğu insanlara ən çox zərbə vurur.”

Amnesty International təşkilatının “2020/21- müasir dünyada insan hüquqları" adlı hesabatında 149 ölkə insan hüquqlarının vəziyyətindən bəhs edilir və 2020-ci ildə insan hüquqları sahəsində qlobal tendensiyalar təhlil edilir.

Sənəddə deyilir ki, səhiyyə işçiləri, əmək miqrantları, kölgə iqtisadiyyatı sektorunda məşğul olan insanlar- pandemiya dövründə çox vaxt milli səhiyyə sistemlərinin acınacaqlı vəziyyətinin, qeyri-bərabər iqtisadi və sosial dəstəyin girovuna çevrilib.

Bir çox ölkələrdə COVİD-19 pandemiyası qaçqınların, sığınacaq istəyənlərin və miqrantların onsuz da ümidsiz vəziyyətini daha da ağırlaşdırıb: “Onların bir qismi həddindən artıq dolu olan düşərgələrdə qalıb, bir çoxları mühüm əşyaları əldə etmək imkanından məhrum olub, bir qismi isə sərhəd nəzarəti tədbirlərinin sərtləşdirilməsi nəticəsində taleyin ixtiyarına buraxılıb.

Pandemiya zamanı insanlar - səhiyyə işçiləri və iqtisadiyyatın kölgə sektorunda çalışanlar - səhiyyənin planlı şəkildə tam maliyyələşdirilməməsinə və yetərsiz sosial müdafiə tədbirlərinə görə zərər çəkib.”

Amnesty İnternational buildirir ki, çoxsaylı ölkələrin hakimiyyətləri fikrin ifadə edilməsi azadlığını məhdudlaşdırmaq üçün yeni tətbiq edilən normalardan sui-istifadə edir.

“Azərbaycan, Ermənistan, Belarus, Bosniya və Herseqovina, Macarıstan, Qazaxıstan, Polşa, Rusiya, Rumıniya, Serbiya, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan və Fransa hökumətləri də məhz belə hərəkət edib. Macarıstanda baş nazir Viktor Orban hökuməti ölkənin Cinayət Məcəlləsinə düzəlişlər edib və COVİD-19 haqqında "yalan informasiyanın yayılması"na görə beş ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edib,” hesabatda qeyd edilir.

“2020-ci ildə əsl liderlik keyfiyyətlərini heç də hakimiyyətə, üstünlüklərə və böyük gəlirlərə malik olanlar nümayiş etdirmədilər. Onları dəyişikliklər tələb edən adamlar nümayiş etdirdilər. Bütün dünyada liderlik nümunələrini sıravi vətəndaşlar və hüquq müdafiəçiləri göstərib və çox zaman bunu öz təhlükəsizliklərini riskə ataraq edib. Onlar ən yaxşı, daha ədalətli və daha bərabərhüquqlu dünya uğrunda mübarizənin önündə duran insanlardır,” Amnesty İnternationalın rəhbəri Anyes Kallamar qeyd edib.

Təşkilatın qənaətinə görə, Azərbaycan hakimiyyəti ötən il Ermənistanla müharibə və COVID-19 pandemiyasından narazılara təzyiqləri artırmaq üçün istifadə edib.

“Onlarla müxalifət fəalı qanunsuz olaraq saxlanılıb, həbs edilib. İctimai narazılıq artdıqca sərbəst toplaşma və ifadə azadlıqları daha da məhdudlaşdırılıb. Vəkillər təqib olunub, hökumətin tənqidçiləri saxlanan zaman işgəncələrə, pis rəftara məruz qaldıqlarını deyirlər,” Amnesty İnternational qeyd edir.

Hesabatda bildirilir ki, 44 günlük müharibə zamanı mülki əhalinin hüquqları pozulub, insanlar ölüdürülüb, xəsarət alıb, evlər dağıdılıb.

Azərbaycan ötən il hərbi əməliyyatlar və daha sonra atəşkəs razılaşması nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri qaytarıb.Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Hesabatın Azərbaycana dair bölməsində deyilir ki, sosial media və digər vasitələrlə narazılığını bildirənlərə hakimiyyətin təzyiqi güclənib.

“12-dən çox şəxs, o cümlədən hakimiyyətin pandemiya ilə mübarizəsini tənqid edən jurnalist və müxalifət fəalları qondarma ittihamlarla 10-30 günlük inzibati cəzaya məhkum edilib. Onlar polisə müqavimətdə, karantin qaydalarını pozmaqda suçlanılıb.”

Amnesty İnternational ötən ilin martında tanınmış müxalifətçi Tofiq Yaqublunun saxta xuliqanlıq iddiaları ilə saxlandığını, oktyabrda ev dustaqlığına buraxıldığını, insan haqları müdafiəçisi Elçin Məmmədin oğurluq ittihamıyla dörd illiyə həbs olunduğunu qeyd edir. İyulda Bakıda orduya dəstək yürüşü ilə əlaqədar Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları saxlanılıb. Noyabrda onlar ev dustaqlığına buraxılıb.

Hesabatda ötən il bəzi vəkillərin təzyiqlərə məruz qaldığı, sərbəst toplaşma azadlığının məhdudlaşdırıldığı, saxlanılmalar zamanı işgəncə və pis rəftar iddialarının geniş yayıldığı qeyd edilir.

Azərbaycan hakimiyyəti hələ bu hesabata münasibət bildirməyib. Hökumət rəsmiləri bir qayda olaraq ölkədə insan haqlarının durumu ilə bağlı tənqidi fikriləri qəbul etmir və qərəzli sayır. Rəsmi Bakı fundamental hüquqların tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bəyan edir.

Dünyaya Baxış

Dünyaya Baxış - 27 iyul 2021
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG