Accessibility links

Amnesty İnternational: Azərbaycan hakimiyyəti Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnu qoruya bilməyib


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mayın 7-də jurnalist və keçmiş vicdan məhbusu Xədicə İsmayılovanın Azərbaycan hakimiyyətindən verdiyi şikayəti təmin edərək, onun xeyrinə qərar çıxarıb. AİHM öz qərarında belə bir nəticəyə gəlib ki, Azərbaycan hakimiyyəti Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnu qoruya bilməyib, bu da onların Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi üzrə öhdəliyinə ziddir.

Söhbət hökümət yönümlü KİV-lərin 2012-ci ildə İsmayılovaya qarşı böhtan kampaniyasında fəal iştirakından gedir. Bu kampaniya onun mənzilində gizli kamera ilə çəkilmiş intim xarakterli videogörüntülərin yayılmasını əhatə edir.

Avropa Məhkəməsinin qərarı Azərbaycanın məhkəmə sisteminin hakimiyyətin məşhur jurnalistin susdurulması səylərində və ölkədə fikri ifadə etmək azadlığı hüququnun pozulmasında iştirakını ifşa edir.
Natalya Nozadze, Amnesty İnternational-ın Cənubi Qafqaz üzrə araşdırmaçısı

"Avropa Məhkəməsinin qərarı Azərbaycanın məhkəmə sisteminin hakimiyyətin məşhur jurnalistin susdurulması səylərində və ölkədə fikri ifadə etmək azadlığı hüququnun pozulmasında iştirakını ifşa edir. Xədicə İsmayılovanın uydurma ittihamla həbs cəzası çəkməsi azmış kimi o, hakimiyyət tərəfindən illərlə təqibə, şəxsi həyatına müdaxiləyə və dövlət KİV-lərində hücum kampaniyasına məruz qalıb," Amnesty İnternational-ın Cənubi Qafqaz üzrə araşdırmaçısı Natalya Nozadze bildirib.

"Avropa Məhkəməsinin qərarı eyni zamanda Azərbaycan hakimiyyətinin jurnalistə qarşı düşmənçiliyini göstərir," o əlavə edib.

"Azərbaycan hakimiyyətini məhkəmənin qərarını tam yerinə yetirməyə çağırırıq. Buraya müəyyən edilmiş təzminatın ödənilməsi, insan hüquqlarının pozulmasında təqsirli olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi və Azərbaycan məhkəmə sistemində siyasi sui-istifadələrə son qoyulması daxildir," o bildirib.

Bu, AİHM-nin Xədicə İsmayılovanın xeyrinə üçüncü qərarıdır. 2020-ci ilin fevralında məhkəmə Xədicənin 2015-ci ilin sentyabrında "susdurulmağa məcbur edilmək və jurnalist kimi fəaliyyətinə görə cəzalandırılmaq" məqsədilə s 7,5 il azalıqdan məhrum edilib.

2019-cu ilin yanvarında AİHM Azərbaycan hakimiyyətinin qalmaqala səbəb olan videogörüntülərin yayılması haqqında işi səmərəli araşdıra bilmədiyi üçün İsmayılovanın şəxsi həyatının toxunulmazlığı və fikri ifadə etmək azadlığı hüququnu pozduğunu müəyyən edib.

Öz növbəsində, Azərbaycan hakimiyyəti beynəlxalq və yerli tənqidləri qəbul etmir, qərəzli saqyır. Hökumət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu, fikirlərinə görə təqib olunmadığını bildirir.

XS
SM
MD
LG