Accessibility links

Amnesty İnternational: Rusiya və Azərbaycan koronavirusla mübarizədə repressiv tədbirlərdən istifadə edir


Tofiq Yaqublu etiraz aksiyası zamanı polislər tərəfindən saxlanılarkən
Tofiq Yaqublu etiraz aksiyası zamanı polislər tərəfindən saxlanılarkən

Amnesty International insan hüquqları təşkilatı keçmiş SSRİ və Orta Asiyanın bir çox ölkələrində rəsmilər tərəfindən koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlərin "repressiv və şiddətli" adlandırıldığı hesabat açıqlayıb. Hüquq müdafiəçiləri bu bölgələrdə pandemiya ilə mübarizə adı ilə çoxsaylı insan hüquqları pozuntularını qeyd ediblər.

"COVID-19 pandemiyası bölgədə yayıldığından, görünür ki, bir çox hökumətlər ictimai səhiyyəəni qorumaqdan daha çox müxalifəti susdurmaqda maraqlıdırlar" - deyə, Amnesty İnternational-ın Mərkəzi Asiya üzrə tədqiqatçısı Hizer Makgil açıqlama verib.

Amnesty International regionda koronavirusla bağlı məlumatları bölüşməyə çalışan jurnalistlərin və digərlərinin təqiblərini qeyd edib.

"Azərbaycan və Rusiya hökumətləri, sosial şəbəkə istifadəçiləri, jurnalistlər və tibb işçilərini vəzifələrində və COVID-19-un yayılması zamanı nöqsanları göstərdiklərinə görə məsuliyyətə cəlb ediblər. Özbəkistan kimi digər ölkələr də saxta xəbərlərin yayılmasına görə cərimələr tətbiq ediblər" - deyə Hizer Makgil qeyd edib.

Azərbaycanda hüquq müdafiəçiləri bildirir ki, hakimiyyət müxalifəti susdurmaq üçün bəhanə kimi koronavirusdan istifadə edib. Martın 19-da Prezident İlham Əliyev ölkədə "müxalifətin təcrid olunması" da daxil olmaqla, COVID-19 pandemiyası üçün "yeni qaydalar" elan edib. Sonradan müxalifətçi Tofiq Yaqublu xuliqanlığa görə həbs edilib; ondan sonra oğurluqda günahlandırılan hüquq müdafiəçisi Elçin Məmməd də eyni aqibətlə üzləşib. Amnesty International ittihamları uydurma hesab edir.

Rusiyada səhiyyə sistemini optimallaşdırdıqdan sonra bir çox bölgələr xəstəxana, tibb işçiləri, fərdi qoruyucu vasitələr və dərmanlar çatışmazlığı ilə üzləşib və pandemiyaya hazır olmayıb. Amnesty International vurğulayır ki, buna görə bir çox tibb müəssisələrində səhiyyə işçilərinin koronavirusa yoluxma riski davam edir.

Lakin hakimiyyət problemi həll etmək əvəzinə, fərdi qoruyucu vasitələrin olmamasından şikayət edən həkimlərə təzyiq göstərir. Hüquq müdafiəçiləri yazır ki, hətta bəzi həkimlər və həmkarlar ittifaqı nümayəndələri haqda inzibati qaydada cinayət işi açılıb.

Rusiyada koronavirus olan bəzi xəstələr sağalması təsdiqlənməmişdən əvvəl xəstəxanadan buraxılır, digərləri isə COVID-19-un olmamasının təsdiqlənməsi olmadan müalicə etmək istəmirlər.

Təşkilatın hüquq müdafiəçiləri həmçinin koronavirus xəstələri tapılandan bütün xəstəxanaların karantinə bağlanmasından narahatdır.

Bundan başqa Amnesty International Çeçenistandakı vəziyyəti də xüsusi qeyd edib. Burada polislər plastik borularla görüntülənib. Küçədə maska taxmayan insanların döyüldüyü bildirilib.

Hüquq müdafiəçiləri müstəqil Həmkarlar İttifaqı nümayəndələrinin də Rusiya hakimiyyəti tərəfindən təqib olunduğunu qeyd ediblər.

XS
SM
MD
LG