Accessibility links

Amnesty International-ın Türkiyə bölümünün rəhbəri azad edilib


Türkiyə məhkəməsi Amnesty International beynəlxalq insan haqları təşkilatının Türkiyə bölümünün başçısı Taner Kılıçın həbsxanadan azad edilməsi barədə hökm çıxarıb.

Təşkilatın təhqiqatçılarından Endrü Qardner Twitter hesabından yazıb: “Yaxşı xəbərdir. Amnesty - Türkiyənin Fəxri Sədri Taner Kılıç həbsxanadan buraxılır. Onun bu axşamadək oradan çıxacağı gözlənilir. Şadyanalıq onda başlanacaq”.

Kılıç Türkiyənin qərbində yerləşən İzmir şəhərində təxminən bir il əvvəl həbs olunmuş, ona qarşı ABŞ-da mənzillənmiş müsəlman vaiz Fətullah Gülenə dəstək ittihamı irəli sürülmüşdü.

Ankara Güleni 2016-cı il çevriliş cəhdinin arxasında durmaqda ittiham edir. Gülen bütün ittihamları rədd edib.

Bundan az əvvəl Türkiyə məhkəməsi ABŞ keşişi Andrü Bransonun ev dustaqlığından azad olunması və onun üzərindəki səfər qadağanının götürülməsinə dair vəsatətləri rədd edib.

XS
SM
MD
LG