Accessibility links

Amnesty International Azərbaycanı cərimə və həbs hökmlərinin ləğvinə çağırır


Şənbə günü keçirilən dinc nümayiş zamanı insanların həbsindən sonra Amnesty International Avropa Şurasını Azərbaycanda ifadə azadlığının təminat altına alınmasından əmin olmağa çağırıb. 30-na qarşı rəsmən ittiham irəli sürülən 80 dinc nümayişçinin həbsi AŞPA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamənin qəbulunun baş tutmamasından bir neçə gün sonraya təsadüf edib.

"Silahları üstümüzdən çəkin!" adlı ismayıllılara dəstək aksiyası Bakının Fəvvarələr Meydanında keçirilməli olsa da, əraziyə toplaşmış polis insanların oraya daxil olmasına imkan verməyib.
Ədalətsiz məhkəmə dinləmələri – bəziləri cəmi bir neçə dəqiqə çəkməklə və məhkəmənin təyin etdiyi vəkillərlə müşayiət olunmaqla – şənbə günü baş verən həbslərdən sonra qeydə alınıb. 25 fəala, o cümlədən əvvəllər Amnesty International-ın vicdan məhbusu hesab etdiyi üç adama 300 və 2500 manat arasında ağır cərimələr tətbiq olunub.

Saxlanılan sabiq vicdan məhbusu Emin Milli 15, Əbülfəz Qurbanlı, Rüfət Abdullayev, Türkel Əlisoy və Türkel Azərtürk 13 gün müddətinə azadlıqdan məhrum edilib.

Onların arasında olan jurnalist Xədicə İsmayıla öz vəkili tərəfindən təmsil edilməsinə imkan verilməyib. Jurnalist məhkəmə tərəfindən təyin edilən vəkil xidmətindən imtina edib.

Amnesty International İsmayıllı hadisələrinə görə dərin narahatlığını bildirib. Təşkilat polisin nümayişçilərə qarşı qəddar davranışı və həbs edilənlərə işgəncə verilməsinə dair istintaqa səsləyib. İnsan Hüquqlarının Müdafiəsi qrupu Azərbaycanın səlahiyyətli nümayəndələrini cərimə və həbs edilənlərin hökmünün ləğvinə çağırıb.

Bəyanatın tam mətni ilə bu linkdə tanış ola bilərsiniz.

http://www.amnesty.org/en/news/council-europe-must-take-action-azerbaijan-jails-more-peaceful-protesters-2013-01-28

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG