Accessibility links

Amnesty International Aqil Hümbətovun müdafiə kampaniyasına başlayıb


Amnesty International
Amnesty International

Amnesty International hüquq-müdafiə təşkilatı Bakıda psixiatriya xəstəxanasına yerləşdirilmiş müxalifətçi Aqil Hümbətovun müdafiə kampaniyasına başlayıb.

Bəyanatda qeyd olunub ki, hakimiyyəti tənqdinə görə xəstəxanaya məcburi qaydada yerləşdirildikdən sonra Aqil Hümbətova naməlum narkotik maddələr vurublar.

Bununla əlaqədar, təşkilat psixiatriya xəstəxanasının baş həkimi Ağahəsən Rəsulova və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova etiraz məktubları yazmağa çağırıb.

Təşkilatın saytında yerləşdirilmiş müraciətin mətnində Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətovun hakimiyyəti tənqid etdiyinə görə məcburi müalicəsindən narahatlıq ifadə olunur.

Petisiyada Aqil Hümbətovun məcburi müalicəsinin dərhal dayandırılmasına və onun dərhal psixiatriya xəstəxanasından çıxarılmasına çağırılır.

AXCP fəalı martın 30-da saxlanılıb və Bakının Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Aprelin 1-də o, sərbəst buraxılıb. Aqil Hümbətov sərbəst buraxıldıqdan sonra Facebook-da canlı yayımda ölkə başçısına müraciət edib. O, müraciətində sərt tənqidi ifadələr işlədib. Müxalifətçi kimi durumunun ağırlığını, şərlənərək Psixiatriya Xəstəxanasına salındığını, xəstəxanada durumun acınacaqlı olduğunu bildirib.

“Xəstəxanadakı durum barədə ictimaiyyətə məlumat vermək mənim insanlıq borcumdur. 1 saylı Psixiatriya Xəstəxanasında vəziyyət çox acınacaqlıdır, antisanitariyadır. Orada olan xəstələr çox ağır vəziyyətdə saxlanılır. Xəstələrlə insan kimi davranmırlar, xəstələrə daş daşıdırlar, onları işlədirlər. Mən qoca xəstəyə ağır kubik daşıtdırdıqlarını gördüm. Kubiki götürməyə gücü belə çatmırdı. Düzdür həkimlərin mənə kobud hərəkəti olmadı. Amma orada olduqca acınacaqlı bir vəziyyətdir. Xəstələrin sanitar qovşağı tam antisanitariyadır. Adam oraya girə bilməz. Orada virus mənim işlədiyim zibilxanadan çoxdur. Allahdan qorxun. Orada vəziyyəti düzəldin. Yeməklərdə istifadə edlilən əti it də yeməz. Xəstələri işlətməyin. Oranı təmir etdirin. Orada ən böyük virus, xəstəlik tüğyan edir,” Aqil Hümbətov qeyd edib.

Onun aprelin 2-də yenidən psixiatriya xəstəxanasına aparılması tənqidi çıxışından sonraya təsadüf edir.

AXCP fəalın saxlanılmasını və təkrarən psixiatriya xəstəxanasına yerləşdirilməsini sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb oluğunu bildirib.

Rəsmi qurumlar Hümbətovun xəstəxanadakı durumla bağlı dediklərinin həqiqətə uyğun olmadığını bildirib.

AXCP fəalı bundan öncə də saxlanılıb.

Hümbətov 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib. AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb oluğunu bildirib.

Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG