Accessibility links

Amnesty International: Azərbaycan İstanbul Konvensiyasını ratifikasiya etməlidir


Azərbaycan hakimiyyəti qadın hüquq müdafiəçiləri və fəallarına qarşı gender əsaslı şiddət kampaniyasına dərhal son qoymalı, vəziyyətini araşdırmalı və istər fərdi, istər vəzifəli, istərsə də təhlükəsizlik qüvvələri olan şəxsləri ədalət mühakiməsinə cəlb etməlidir.

Bu barədə Beynəlxalq Amnistiya Təşkilatının mayın 12-də yayımlanan qadın aktivistlərə edilən təzyiqlərə dair hesabatında bildirib.

Təşkilatın hesabatında qadın insan haqları fəallarının təhdidlər, qorxudulma, gizliliyin pozulması və qarayaxma kampaniyası ilə üzləşdiyini qeyd edir, Azərbaycanı qadınlara qarşı gender əsaslı qisasçılığı dayandırmağa çağırır.

“Gender əsaslı zorakılıq və diskriminasiyanın məqsədi onların tənqidi səslərini susdurmaq və onların işini gözdən salmaqdır. Məqsəd həm də onları qadın kimi danışdıqlarına görə cəzalandırmaqdır. Getdikcə bu qısnama və təhdid əsasən onlayn baş verir və günahkarların anonim qalması qurbanların təhlükəsizlik və narahatlıq hissini gücləndirir” təşkilat vurğulayır.

Amnesty Interntional-ın hesabatında deyilir ki, Azərbaycanda qadınlara qarşı zorakılıq əsasən cəzasız qalır, yalnız ağır fəsadla nəticələnən hallarda polisə, məhkəməyə müraciət olunur.

Azərbaycanın qadınlara qarşı zorakılığı önləmək, araşdırmaq və cəzalandırmaq, qurbanları adekvat qorumayla təmin etmək, effektiv hüquqi tədbirlər görmək öhdəliyi var, qurum bildirir.

“Azərbaycan beynəlxalq öhdəliklərinə əməl etməli, Avropa Şurasının Qadınlara qarşı Zorakılıq və Məişət Zorakılığının Qarşısının Alınması və onunla Mübarizə haqqında Konvensiyanı (İstanbul Konvensiyası) ratifikasiya etməlidir”, Amnesty İnternational bildirir.

Hesabatda Avropa Şurasının üzvü olan Azərbaycanla Rusiyanın bu konvensiyanı nə imzaladığı, nə də ratifikasiya etdiyi vurğulanır.

Təşkilat güc strukturlarının qadın fəalların 8 mart aksiyalarına imkan verməməklə ifadə və sərbəst toplaşma azadlıqlarını pozduğunu bildirir. Bir sıra qadın fəallar - Gülnarə Mehdiyeva, Nərmin Şahmarzadə, Rəbiyyə Məmmədova və digərləri üzləşdikləri təzyiqləri təsvir ediblər.

Azərbaycan hakimiyyəti ölkədə insan haqlarının vəziyyətinə dair indiyədək səslənən tənqidləri bir qayda olaraq rədd edir. Hakimiyyət təmsilçiləri Azərbaycanda bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir, beynəlxalq insan haqları təşkilatlarını qərəzli olmaqda günahlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG