Accessibility links

Amnesty International: Bu dəhşətli bir hadisədir


Amnesty International: Bu dəhşətli bir hadisədir
Amnesty International: Bu dəhşətli bir hadisədir

Amnesty International Turac Zeynalovun öldürülməsini insan haqlarının kobud şəkildə tapdanması, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə sayğısızlıq kimi dəyərləndirib.

Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty International) İnsan Haqları Uğrunda İctimai Hərəkatın Culfa rayonunun Ərəzin kənd sakini 1980-ci il təvəllüdlü Turac Zeynalovun muxtar respublikanın Milli Təhlükəsizlik Nazirliyində öldürülməsi ilə bağlı bəyanatına reaksiya verib. Amnesty International Turac Zeynalovun öldürülməsini insan haqlarının kobud şəkildə tapdanması, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə sayğısızlıq kimi dəyərləndirib: “Bu dəhşətli bir hadisədir”.
Azadlıq qəzetinin məlumatına görə, Amnesty International-ın ABŞ Bürosunun rəhbərlərindən Şilov Stark İnsan Haqları Uğrunda İctimai Hərəkatın sədri Eynulla Fətullayevə göndərdiyi məktubda bildirib ki, vəziyyətin dəhşətli olduğunu başa düşürlər və bu dəhşətli olayı artıq müzakirə ediblər.

XS
SM
MD
LG