Accessibility links

Amnesty International Honq Konq polisini bəd rəftarda, işgəncələrdə ittiham edir


Amnesty International cümə günü Honq Konq polisini üç aydan çoxdur davam edən demokratiya nümayişlərində iştirak edən etitrazçılara qarşı işgəncə və digər zorakılıqlarda günahlandırıb. Lakin polis artan zorakılıqlar qarşısında təmkin nümayiş etdirdiyini bildirir.

Honq Konqun təhlükəsizlik qüvvələrinin etiraz aksiyaları zamanı insanlara qarşı qisas məqsədli düşünülmüş və qanunsuz taktikaları narahatlıq doğurur.

Hökumət əleyhinə etirazlarda iştirak edən, çoxları maskalı və qara geyimli insanlar polis və mərkəzi hökumət idarələrinə benzin bombalar atıb, hökumət idarələrinə və Qanunvericilik Şurasına hücum edib, hava limanına gedən yolları bağlayıb, metro stansiyaları dağıdıb, Çinin idarə etdiyi şəhərin küçələrində yanğınlar törədib.

Əvvəlcədən müxtəlif rəngli plakatlarla xəbərdarlıq edən polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan, su şırnağından, rezin güllələrdən istifadə edib və bir neçə dəfə havaya atəş açıb.

Polisin yerə yıxılan etirazçıları, hətta bir ayağı dəmiryolunda olan insanı dəyənəklə döyülməsi görüntüləri geniş qəzəb doğurub.

"Sübutlar şübhə doğurmur. Honq Konqun təhlükəsizlik qüvvələrinin etiraz aksiyaları zamanı insanlara qarşı qisas məqsədli düşünülmüş və qanunsuz taktikaları narahatlıqlara səbəb olur," deyə bir sıra araşdırmalardan sonra Amnesty International-ın Şərqi Asiya direktoru Nikolas Beqelin bildirib.

Onun sözlərinə görə, Honq Konq polisinin həyata keçirdii arbitrar həbslər və işgəncələr bu xüsusda geniş hal alıb.

XS
SM
MD
LG