Accessibility links

Amnesty International Honq Konqdakı ofislərini bağlayacağını açıqlayıb


Amnesty International Pekinin şəhərdə tətbiq etdiyi milli təhlükəsizlik qanununun təsiri ilə əlaqədar olaraq Honq Konqdakı iki ofisini ilin sonuna qədər bağlayacağını bildirir.

Bir neçə tanınmış demokratiya tərəfdarı da daxil olmaqla yüzlərlə adam bir il əvvəl Çinin qanunverici orqanının demokratiya tərəfdarlarının kütləvi və bəzən zorakılıqla müşayiət olan nümayişlərinə cavab olaraq qanunu təsdiqlədiyi gündən bəri həbs olunaraq mühakimə olunub.

Qanuna görə, terrorizm, separatizm, dövlət hakimiyyətini devirmək və ya xarici qüvvələrlə əlbir olmaqda şübhəli bilinən hər kəs mühakimə oluna bilər və təqsirli bilinərsə, ömürlük həbs cəzası ilə üzləşə bilər.

"Böyük ürək ağrısı ilə verilən bu qərar Honq Konqdakı insan hüquqları təşkilatlarının sərbəst şəkildə çalışmasını və hökumətin ciddi reaksiyalarından qorxmadan işləməsini qeyri-mümkün hala gətirən Honq Konq milli təhlükəsizlik qanunu ilə əlaqədardır" - deyə, Amnesty International təşkilatının idarə heyətinin sədri Anjulya Mya Sinqx Bais bildirib.

İnsan haqları qrupu qanun qəbul edildikdən sonra maliyyə mərkəzindəki əməliyyatları dayandırmaq qərarı vermiş bir neçə digər həmkarlar ittifaqı və qeyri-hökumət təşkilatına qoşulur.

Sözügedən təşkilat iyun ayında qanunun təsdiqlənməsinin ildönümü ilə əlaqədar ətraflı hesabat verib və bu tədbirin "geniş miqyasda insan hüquqları pozuntuları həyata keçirmək" üçün istifadə edildiyi haqda nəticə çxarıb.

Honq Konqda tənqidçilər qanunun Çinin 1997-ci ildə Britaniyanın şəhərə nəzarəti təhvil verdiyi zaman Honq Konqa qeyri-adi azadlıq veriləcəyi vədini pozduğunu deyir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG