Accessibility links

Amnesty International: İranda narkotik maddələrlə bağlı edamlar artıb


Beynəlxalq Amnesty International təşkilatı cümə günü bildirib ki, İranda narkotiklə maddələrlə bağlı ittihamlarla edam edilənlərin sayı bu il 2022-ci illə müqayisədə üç dəfə artıb. Təşkilat asılmaların "utanmazcasına" sürətlə artdığı barədə xəbərdarlıq edib.

İran keçən ilin sentyabrında başlayan etiraz hərəkatı ilə bağlı 7 nəfəri asıb. Lakin fəallar son aylar müxtəlif ittihamlarla, xüsusən də narkotik maddə ilə bağlı asılmaların artdığını deyib.

İnsan haqları qrupu bu il narkotiklə əlaqəli cinayətlərə görə məhkum edilmiş azı 173 nəfərin "sistemli ədalətsiz məhkəmələrdən sonra" asıldığını bildirib və əlavə edib ki, bu rəqəm keçən ilin bu vaxtı ilə müqayisədə təxminən üç dəfə çoxdur.

Amnesty onu da əlavə edib ki, bu cür edamlar 2023-cü ilin ilk beş ayında İranda həyata keçirilən bütün edamların üçdə ikisini təşkil edib və bu, əsasən "marginallaşmış və iqtisadi cəhətdən imkansız təbəqələrdən olan insanlara" təsir edib.

Təşkilat İranın Bəluc etnik azlığının üzvlərinin "İran əhalisinin cəmi 5%-ni təşkil etməsinə baxmayaraq" qeydə alınan edamların təxminən 20%-ni təşkil etdiyini bildirib.

"Hakimiyyətin beynəlxalq hüququ pozaraq, narkotik maddələrlə bağlı edamları utanmazcasına həyata keçirməsinin sürəti onların insanpərvər olmadığını və yaşamaq hüququna açıq-aşkar etinasız olduqlarını nümayiş etdirir" - deyə, Amnesty International-ın Yaxın Şərq və Şimali Afrika üzrə direktor müavini Diana Eltahavi bildirib.

İranda son illər edamlar 2017-ci ildə ölkənin narkotiklərlə mübarizə qanunlarına edilən düzəlişdən sonra narkotik maddələrlə əlaqəli cinayətlərə görə ölüm cəzasının tətbiqini məhdudlaşdırılmağa başlamışdı.

Lakin kampaniya üzvləri iddia edirlər ki, İran rəhbərliyi etiraz hərəkatını yatırtmağa çalışarkən, əhalini qorxuya salmaq üçün insanları bütün ittihamlarla edam edir.

BMT-nin Narkotiklər üzrə Komissiyası və onun İrandakı layihələrini maliyyələşdirən üzv ölkələr hazırda edamların artmasını pisləmələri üçün təzyiqlərə məruz qalıb.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatı (IHR) cümə axşamı bildirib ki, 2023-cü ildə azı 307 nəfər edam edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 75%-dən çoxdur.

XS
SM
MD
LG