Accessibility links

Amnesty International: İranda etirazlar zamanı azı 23 uşaq öldürülüb


Amnesty International təşkilatının bildirdiyinə görə, İranda keçən ay hicabı düzgün örtmədiyinə görə əxlaq polisi tərəfindən həbs edilən gənc qadının öldürülməsi səbəbi ilə başlayan geniş etirazlarda ölən yüzlərlə insan arasında ən azı 23 uşaq da var.

“İran təhlükəsizlik qüvvələrinin azı 23 uşağı qanunsuz şəkildə qətlə yetirməsi hakimiyyətin sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin həbsdə öldürülməsi ilə alovlanan və davam edən etirazları yatırmaq üçün ölümcül basqılarını daha geniş işıqlandırır. İranda bir çoxlarının fikrincə bu, İslam Respublikasının quruluşuna qarşı daha geniş üsyandır” Amnesty International-ın oktyabrın 14-də dərc olunan bəyanatında deyilib.

23 uşaq Əmininin ölümündən sonra ölkə boyu etirazlarda öldürüldüyü təxmin edilən azı 201 nəfər arasındadır.

Amnesty International bəyanatında keçən ay 10 gün ərzində etiraz aksiyaları zamanı öldürülən 23 uşağın adını və öldürülmə şərtlərini açıqlayıb.

Məlumarda bildirilib ki, qurbanlar arasında yaşı 11-17 arasında 20 oğlan və ikisi 16, biri isə 17 yaşında üç qız var.

Ölənlərin əksəriyyəti təhlükəsizlik qüvvələri tərəfindən güllələnib. Onlardan 4-ü, yəni 3 qız və 1 oğlan, ölümcül şəkildə döyülüb.

Həlak olanlardan 10 nəfəri İranın Bəluc azlığına mənsubdur və sentyabrın 30-da Sistan-Bəlucistan vilayətinin Zahedan bölgəsində təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürülüb.

Birləşmiş Millətlər Təşkilatının uşaq agentliyi UNICEF oktyabrın 10-da bildirib ki, İranda "uşaq və yeniyetmələrin öldürülməsi, yaralanması və saxlanılması" ilə bağlı xəbərlərdən "son dərəcə narahatdır".

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG