Accessibility links

Amnesty İnternational: `Türkiyə hökuməti Suriyaya hücumu şübhə altına alan şərhlərə görə yüzlərlə insanı həbs edib`


Amnesty İnternational: `Türkiyə hökuməti Suriyaya hücumu şübhə altına alan şərhlərə görə yüzlərlə insanı həbs edib`
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Amnesty İnternational təşkilatının məlumatında Türkiyə hökumətinin social mediada Suriyaya hücumu şübhə altına alan şərhlərinə görə yüzlərlə insanı həbs etdiyi deyilib. İnsan haqları qrupu bir çox jurnalist də daxil olmaqla, onlarla günahsız insanın keçən ay ABŞ qoşunlarını ərazidən çıxardıqdan sonra Türkiyənin başladığı hərbi əməliyyatları tənqidinə görə absurd cinayət ittihamları ilə üzləşdiyini bildirib.

Türkiyə Suriyanın şimalında “Barış Pınarı” adı altında başladığı hərbi əməliyyatların terrorçu qrupları hədəf aldığını deyib. Buraya İslam Dövləti qrupunun məğlub edilməsinə yardım edən kürd döyüşçülər də daxildir. Əməliyyarlar onlarla mülki vətəndaşın ölməsinə və yüz minlərlə insanın evlərindən didərgin düşməsinə səbəb olub.

Amnesty International hərbi əməliyyatların tənqidinin Türkiyə hökuməti tərəfindən susdurulduğunu bildirir. Kürdlərin çoxluq təşkil etdiyi Diyarbakırdakı etirazlar polis tərəfindən dağıdılıb, etirazçılar həbs edilib. Kürd qanunverici Musa Farisoğulları: “Xalqımıza qarşı qəddarlıq, zülm o yerə çatıb ki, hətta ən demokratik yolla reaksiya üçün küçəyə çıxanda çox sərt davranışla qarşılaşırsan."

Qadağa yalnız küçə etirazlarına qoyulmayıb. Amnesty International-dan Milena Buyum: “Sosial media istifadəçiləri, jurnalistlər, üzvlərinin çoxu kürd olan Xalq Demokrat Partiyası Suriyanın şimalındakı hərbi əməliyyatları sual altına aldıqları və ya bu əməliyyatlara qarşı olduqları üçün hədəf alınır.”

Amnesty International hücumun ilk həftəsində “cinayət məzmunlu” olduğu deyilərək, 839 sosial media hesabı üzərində istintaq aparıldığını və 186 nəfərin həbs olunduğunu bildirib.

Vəkil Nurcan Kaya Twitter səhifəsində “Biz təcrübədən bilirik ki, sülh əməliyyatı dediyiniz şey qırğındır” yazdığına görə oktyabrın 27-də İstanbul aeroportunda həbs edilib. Daha sonra o, səyahət qadağası qoyularaq azad edilib.

“Bir Gün” qəzeti və “Diken”xəbər vebsaytının jurnalistləri də həbs edilib. “Hərbi əməliyyatlar barədə başqa mənbələrin xəbərlərini yayan bəzi jurnalistlər də həbs edilib. Nəzarətdən buraxılanların hamısına səyahət qadağası tətbiq olunub” - deyə, Milena Buyum bildirir.

Amnesty International deyir ki, Suriyada hərbi əməliyyatlar müxalifətdən olan siyasətçilərə və fəallara qarşı təzyiqləri artırmaq üçün bir bəhanə kimi istifadə olunur. Türkiyə isə bunun “terrorçu təbliğat”ın qarşısının alınması məqsədi daşıdığını bildirir.

XS
SM
MD
LG