Accessibility links

"Amnesty International"ın Türkiyə təşkilatının iki rəhbəri həbs olundu


Cümə günü İstanbul məhkəməsi iki hüquq müdafiəçisi ilə birlikdə "Amnesty International"-ın Türkiyə bölməsinin iki keçmiş rəhbərinin terror ittihamı ilə həbsə məhkum edilməsi barədə qərar çıxarıb.

"Amnesty International Turkey"-in keçmiş direktoru İdil Eser "terror təşkilatına kömək etmək" ittihamı ilə iki il bir ay müddətinə həbs olunan üç nəfərdən biridir.

Təşkilatının keçmiş sədri Taner Kılıc isə "terror təşkilatına üzv olmaq" ittihamı ilə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə təşkilat Twitter hesabında bildirib.

Məhkəmə Almaniya vətəndaşı Piter Steudtner və isveçli Əli Qaravi daxil olmaqla, 7 fəala bəraət qazandırıb.

"Bu, biabırçılıqdır. Qeyri-qanuni iddialardır. Heç bir sübut yoxdur. Üç illik məhkəmədən sonra Taner Kılıç terror təşkilatına üzv olmaqda ittiham edildi" - - deyə, təşkilatın nümayəndəsi Endrü Qardner Twitterdə bildirib. O əlavə edib ki, "Əzab davam edir. Hamısı bəraət alana qədər təslim olmayacağıq".

"Amnesty International"-ın fəxri sədri olan Taner Kılıç 14 aylıq həbsdən sonra 2018-ci ilin avqustunda zaminə buraxılmışdı.

O, Türkiyədə qadağan olunan və ABŞ-da mənzillənən müsəlman din adimi Fəthullah Gülənin rəhbərlik etdiyi hərəkatla əlaqədə ittiham olunur.

Ankara Güləni 2016-cı ildə prezident Rəcəb Tayyib Ərdoğanı devirməyə cəhd göstərməkdə günahlandırır, lakin o, bu iddianı rədd edir.

Rəsmilər Kılıçın Gülən şəbəkəsinin çevriliş üçün istifadə etdiyi şifrəli ByLock mesajlaşma tətbiqindən istifadə ettdiyini iddia edir.

Lakin polisin hesabatında Kılıçın telefonunda həmin tətbiqin olmadığı bildirilib.

Tənqidçilər hökumətin 2016-cı ildəki çevriliş cəhdindən sonra Türkiyədəki vətəndaş cəmiyyətini hədəf aldığını, hüquq müdafiəçiləri və jurnalistlər də daxil olmaqla, Gülənlə əlaqədə ittiham olunan on minlərlə insanın həbs olunduğu iddia edir.

XS
SM
MD
LG