Accessibility links

Amnesty International nifrət və qorxu siyasətinin dünyada geniş yayıldığını bildirir [Video]


Amnesty International nifrət və qorxu siyasətinin dünyada geniş yayıldığını bildirir
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Beynəlxalq insan hüquqları təşkilatı Amnesty International-ın illik hesabatı təxminən 160 ölkədə qeydə alınan insan hüquqları pozuntularını sənədləşdirir. Təşkilatın yeni hesabatında bildirilir ki, 2017-ci ildə nifrət və qorxu siyasəti dünya liderləri tərəfindən daha da geniş istifadə edilməyə başlayıb.

İstər Meksikada şübhəli vəziyyətdə itən insanların sayına diqqətin artırılması, istərsə də dünyanın müxtəlif yerlərində vicdan məhbuslarının azadlığa buraxılması tələbilə keçirilən aksiyalar... Amnesty International 60 ilə yaxındır ki, davamlı olaraq insaq hüquqlarının təşviqinin önündə olub.

Təşkilatın yeni hesabatında bildirilir ki, Misir, Filippin, Venesuela, Çin, Rusiya və Birləşmiş Ştatlar liderlərinin addımları milyonlarla insanın hüquqlarını məhdudlaşdırıb.

Amnesty International təşkilatının icraçı direktoru Marqaret Huanq: “Onlar açıq şəkildə insan hüquqlarına qarşı çıxış edib, digərlərinə də bununla bağlı çağırış ediblər. Məsələn, Filippin lideri Rodriqo Duterte insanlara üz tutaraq bildirib ki, onlar çölə çıxaraq, narkotik satışında şübhəli bildiklərini öldürsünlər.”

Hesabatda həm də ABŞ prezidenti Donald Tramp, apardığı immiqrasiya siyasəti, mətbuat azadlığını sual etməsi və qadın hüquqları ilə bağlı mövqeyinə görə tənqid edilib. Amerikanın Səsi Ağ Ev v Dövlət Departamenti ilə əlaqə saxlamağa cəhd etsə də, cavab əldə edə bilməyib.

Amnesty International təşkilatının icraçı direktoru Marqaret Huanq: “Nümunələrdən biri abort xidmətləri təklif edən tibb müəssisələrinin ABŞ hökümətinin dəstəyindən məhrum edilməsidir. Bu səbəbdən abortlar haqqında məlumat və məsləhət verən, bütövlükdə reproduktiv sağlamlıq istiqamətində çalışan tibbi müəssisələr buna davam etmək və hökümət dəstəyi almaq arasında seçim etmək məcburiyyətində qalırlar.”

Amnesty International-ın hesabatı bildirir ki, 2017-ci ildə dünyada söz azadlığı daha da geriləyib. Təşkilat bunun ən böyük səbəbkarları Çin, Misir və Türkiyə olduğunu bildirir. Amerikanın Səsinin həmin ölkələrin səfirliklərindən fikir əldə etmək cəhdi bir nəticə verməyib.

Amnesty International təşkilatının icraçı direktoru Marqaret Huanq: “Türkiyə son iki il ərzində 50,000-dən çox insanı həbs edib. Amnesty International təşkilatının Türkiyə ofisinin sədri də, direktoru da onların arasındadır. Bunlar vaxtılə Amnesty-nin vicdan məhbusu hesab etdiyi şəxsin idarə etdiyi hökümət tərəfindən edilir. O, indi insan hüquqları fəallarını və bütövlükdə hökümətin tənqidçilərini həbs edir. Eyni vəziyyət Misir və Çində müşahidə edilir.”

Hesabatda Qadın Marşlarını və #metoo hərəkatını irəliləyiş kimi qeyd edir və Tayvanda eynicinsli nikahların qanuniləşməsini alqışlayır.

XS
SM
MD
LG