Accessibility links

Amnesty İnternational: Hökumətlər insan haqlarına qarşı qəddar taktikalardan istifadə edir


Amnesty İnternational-ın aprel ayında açıqladığı illik hesabatında Şərqi Avropa və Orta Asiyanın bir çox hökumətlərinin etirazlara, ifadə azadlığına və vətəndaş cəmiyyətlərinə basqılar tətbiq etdiyi və insan haqlarına qarşı qəddar taktikalardan istifadə etdiyi bildirilib.

2019-cu ildə insan haqları müdafiəçiləri, jurnalistlər, qeyri-hökumət təşkilatları və etirazçılar artan təzyiqlərlə üzləşsələr də, hökümətlərinin cəzalandırılması üçün dinc nümayişlərini davam etdirib.

Belarusdan tutmuş Qazaxıstana, Azərbaycandan tutmuş Rusiyaya qədər bir bölgədə keçən il yaşanan ağır vəziyyətdən sonra hökumətlərin koronavirusun yayılmasının qaqrşısını almaq üçün gördükləri təcili tədbirlər və geniş məhdudiyyətlər kimi sağlamlıq tədbirləri gələcəkdə insan haqlarının tapdalanacağına xidmət edəcəyinə dair narahatlıqlar doğurur.

Amnesty İnternational təşkilatının Avropa və Orta Asiya Vəkillər şöbəsinin direktoru Daniel Balson regionda elan edilən fövqəladə vəziyyətləri insan haqlarının pozulması yolunda "gübrə" olaraq xarakterizə edib.

"Hökumətlər pandemiyadan insanlara qarşı repressiyaların yeni yolu kimi istifadə etmir, lakin bundan yaxşı işlənmiş metodlardan biri kimi istifadə edə bilər. Dəyişən bir şey var ki, o da həmin hökumətlərin pandemiyadan istifadə edərək, insan haqlarını pozma üsullarını daha da sərtləşdiirməkdir" - deyə, hesabatda bildirilib.

XS
SM
MD
LG