Accessibility links

Amnesty International-ın Moskvadakı baş qərargahında axtarış aparılıb


Moskvada Amnesty International-ın baş qərargahında axtarış aparılıb.

Təşkilatın Rusiya ofisinin direktoru Sergey Nikitin bildirib ki, Rusiya prokurorluğu və vergi polisinin xəbərdarlıqsız keçirdiyi reydi zamanı hökumətə təqdim edilmiş sənədlər yenidən tələb edilib.

Bundan əvvəl onlarla QHT-də redlər keçirilib.

Rusiya prezidenti Vladimir Putin ötən iyul ayında xaricdən maliyyələşdirilən və siyasi fəaliyyətlərlə məşğul olan GHT-lərin xarici agentliklər kimi Ədliyyə Nazirliyində qeydə alınmasına dair sərəncam imzalayıb.

Keçən həftə Amnesty International, Human Rights Watch and Dublində yerləşən Front Line Defenders-in birgə bəyanatında yoxlanışlar pislənmişdi.
XS
SM
MD
LG