Accessibility links

Amnesty International-ın Türkiyə rəhbəri Gülən ilə əlaqələr ittihamı ilə həbs edilib


Fethullah Gülən
Fethullah Gülən

Türkiyə məhkəməsi rəsmi olaraq Amnesty International-ın ölkədəki rəhbərini terror təşkilatında üzvlük şübhəsi ilə həbs edib. Bunu Anadolu xəbər agentliyinə Türkiyə rəsmiləri bildiriblər. İnsan hüquqları təşkilatı nümayəndələri bunu “ədaləti lağ qoyma” adlandırıb.

Taner Kiliç beş vəkillə birlikdə İzmirdə saxlanılıb. Onlar ByLock adlı şifrələnmiş mesaj proqramının istifadə edilməsində ittiham ediliblər. Çərşənbə axşamı saxlanılar Kiliç cümə günü həbs edilib.

ByLock telefon proqramı ABŞ-da yaşayan din xadimi Fethullah Gülənin şəbəkəsi tərəfindən istifadə edildiyi bildirilir. Din xadimi keçən ilin yayında baş tutmuş hərbi çevriliş cəhdinin təşkilatçılığında ittiham edilir. Gülən bu ittihamları rədd edir.

Amnesty International Kiliçin həbsini “məyusedici ədalətsizlik” adlandırıb və onun azad edilməsini çağırıb. Təşkilat əlavə edib ki, Kiliçin həbsini əsaslandıracaq ciddi bir sübut yoxdur.

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieks Kiliçlə bağlı sübutların olmadığından onun dərhal azadlığa buraxılmalı olduğunu bildirib. O əlavə edib ki, “bu həbs ölkə ədliyyə sisteminin hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarının hədəfə alması cəhdlərinin bir hissəsidir.”

Uğursuz hərbi çevriliş cəhdindən sonra ölkədə elan edilmiş fövqəladə vəziyyət dövründə Gülən şəbəkəsi ilə əlaqələrin olması ittihamları ilə 50,000-dən artıq insan həbs edilib, 100,000-dən artıq dövlət işçisi işdən azad edilib.

Kiliç 2002-ci ildən bəri Amnesty International təşkilatında müxtəlif vəzifələrdə çalışıb.

XS
SM
MD
LG