Accessibility links

Milli Məclis amnistiya aktı qəbul edib


Milli Məclis
Milli Məclis

Amnistiya 10 mindən çox məhkumu əhatə edir

Azərbaycan Milli Məclisi amnistiya aktı qəbul edib. Bütün deputatlar aktın lehinə səs verib.

“28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsini Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva qanunvericilik təşəbbüsü ilə irəli sürüb.

Amnistiya aktına əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər.

Həmçinin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir. 10 min şəxsin amnistiya aktının təsiri altına düşməsi, onlardan 3500-ə yaxın məhkum azadlıqdan məhrum etmə yerlərindən azad ediləcəklər.

Milli Məclis bununla dördüncü dəfə amnistiya aktı deputat Mehriban Əliyevin qanunvericilik təşəbbüsü ilə irəli sürdüyü amnistiya aktını qəbul edib. Xanım Əliyevanın 2007, 2009, 2013-cü illərdə irəli sürdüyü amnistiya aktı 10 minlərlə məhkuma tətbiq edilib.

Amnistiya aktı iyunun 15-də qüvvəyə minir və dörd ay ərzində yerinə yetiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG