Accessibility links

Amos Hokştayn: ABŞ Cənub Qaz Dəhlizinə diplomatik dəstək verir


Prezident İlham Əliyev və ABŞ elçisi Amoş Hokştayn
Prezident İlham Əliyev və ABŞ elçisi Amoş Hokştayn

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynı qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafının hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkənin enerji sahəsində əməkdaşlığından məmnunluq ifadə olunub və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Amos Hokstayn prezidentlə görüşdən sonra keçirdiyi brifinqdə deyib ki, enerji təhlükəsizliyi ilə bağlı müzakirələr aparıb.

O, həmçinin Azərbaycanla ABŞ arasında xoş münasibətlərin və güclü tərəfdaşlığın olduğunu qeyd edib.

"Cənub Qaz Dəhlizi həm kommersiya, texniki, həm də siyasi, diplomatik baxımdan mürəkkəbliyi ilə seçilən bir layihədir. ABŞ bu layihəyə bilavasitə diplomatik dəstək verir", Hokştayn bildirib.

Onun fikrincə, Cənub Qaz Dəhlizi bilavasitə Avropanın enerji təhlükəsizliyinə təminat verən layihədir

"Biz ABŞ-ın təmsil olunduğu bütün qurumlarda bu layihəyə yardımı davam etdirəcəyik və bu layihənin Avropanın enerji təhlükəsizliyinin təminatında açar olduğunu, buna öz töhfəsini verdiyini deyəcəyik. Hazırda artıq Cənub Qaz Dəhlizinin tikintisinə başlanılıb. ABŞ Azərbaycanın gələcək layihələrinə də dəstək verəcək", ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG