Accessibility links

Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib, bir işçi yüngül xəsarət alıb


İspaniyanın Elpais nəşri xəbər verir ki, Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib, səfirliyin əməkdaşı yüngül xəsarət alıb.

Nəşrin məlumatına görə, partlayıcı qurğu diplomatik missiyanın üzvü zərfi açan zaman işə düşüb.

Eldebate yazır ki, xəsarətlər yüngül olub, zərərçəkmiş müstəqil şəkildə xəstəxanaya çatdırılıb.

Hadisə yerində polis əməkdaşları və digər xidmətlər işləyir, antiterror protokolu aktivləşdirilib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukraynanın xaricdəki bütün səfirliklərinin təhlükəsizliyinin gücləndirilməsi barədə göstəriş verib və İspaniyanın xarici işlər nazirinə insidentin araşdırılması üçün təcili tədbirlərin görülməsi xahişi ilə müraciət edib.

Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko sonradan bildirib ki, zərf yüngül xəsarətlər alan komendantın əlində yoxlama zamanı partlayıb. Ona lazımi tibbi yardım göstərilir. Diplomatik nümayəndəliyin digər əməkdaşları xəsarət almayıb.

Nazir onu da vurğulayıb ki, bu partlayışın arxasında kim dayanıbsa, onlar ukraynalı diplomatları qorxuda bilməyəcəklər və ya Ukraynanı gücləndirmək və Rusiyanın təcavüzünə qarşı mübarizə üçün gündəlik işlərini dayandıra bilməyəcəklər.

XS
SM
MD
LG