Accessibility links

Güneydə ‘Ana dilim evdə qalmasın!’ kampaniyası


12 Güney təşkilat və quruluşu birgə bəyanat yayımlayıb

İran Azərbaycanında keçən illərdə olduğu kimi bu il də məktəblərin açılışı ərəfəsində türk dilində təhsil tələbinə dair ənənəvi etiraz kampaniyaları təşkil olunmaqdadır.

Keçən günlərdə “Ana dilim evdə qalmasın!” şüarı altında təşkil olunmuş imza kampaniyası türklər və digər qeyri-fars cəmiyyətlərə mənsub 10 minlərlə ictimai xadim, yazar, mədəni fəal, tələbə və siyasətçinin dəstəyini qazanıb.

İmza kampaniyanın başlığı həmçinin müxtəlif etnik qruplara mənsub sosial media istifadəçilərinin də ortaq şüarı olub.

Urmiyədə fəaliyyət göstərən Yol Press internet portalının məlumatına görə, imza kampaniyasına yerli siyasətçilər, o cümlədən Urmiyə Şəhər Şurası üzvlərindən də dəstək gəlib.

Güney təşkilatları və siyasi qruplar da məktəblərin açılışı ilə əlaqədar bəyanat yayıb.

12 siyasi quruluş və təşkilatın birgə bəyanatında “Güney Azərbaycan məktəblərində türk dilinin yasaqlanması ilə aparılan farslaşdırma siyasəti” mədəni qətliam kimi dəyərləndirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG