Accessibility links

Ana: `Oğluma əzab verirlər` - rəsmilər təkzib edir


Fuad İsmayılov
Fuad İsmayılov

Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısındakı divara parlament seçkilərinə etiraz olaraq "Fu Məzi" yazan ictimai fəal Fuad İsmayılovun saxlanıldığı Daxili İşlər Nazirliyinin Binəqədi qəsəbəsindəki İnzibati Qaydada Həbs Olunanların Saxlanma Məntəqəsində işgəncəyə məruz qaldığı bildirilir.

“Orada Fuadın vəziyyəti ağırdır, ona əzab verirlər,” Fuad İsmayılovun anası Amerikanın Səsinə deyib. Ana bu sözləri deməklə kifayətlənib. O hesab edir ki, detallı danışsa oğluna daha da pis olar.

Ailə üzvlərinin yerli mediaya dediyinə görə, Fuad İsmayılov iyunun 23-də ailəsi ilə telefon danışığı zamanı işgəncəyə məruz qaldığını bildirib.

“Fuad deyib ki, bazar günündən bazar ertəsinə keçən gecə səhərə qədər onu döyüblər. Ağız-burnundan qan gəlirmiş. Döyülməsinin səbəbini, ondan nə istədiklərini deməyib. Çünki danışıq az olub, 1-2 dəqiqə çəkib. Amma onu deyib ki, vəkil təcili yanıma gəlsin," ailə üzvü qeyd edib.

Fuad İsmayılovun anası oğlunun işgəncəyə məruz qalması ilə bağlı Ombudsman Aparatına şikayət edib.

Gənc fəalın hüquqlarını vəkil Cavad Cavadov müdafiə edir. Vəkil Amerikanın Səsinə deyib ki, təcridxanaya gedib Fuad İsmayılovla görüşəcək və bundan sonra açıqlama verəcək.

Daxili İşlər Nazirliyi İsmayılovun döyülməsi barədə deyilənləri təkzib edib. Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, nəinki Fuad İsmayılova qarşı, ümumiyyətlə, orada heç bir şəxsə qarşı döyülmə, təzyiq, pis rəftar halları yoxdur.

Fuad İsmayılov mayın 22-də saxlanılıb. Bakının Suraxanı Rayon Məhkəməsinin qərarıyla ona iki aylıq inzibati həbs cəzası verilib. İctimai fəal İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham olunsa da, özünü təqsirli bilmir. Məhkəmədən çıxarılıb polis maşınına aparılanda da jurnalistlərə deyib ki, narkotiki onun cibinə atıblar.

Fuad İsmayılov bundan əvvəl martın 7-də həbs olunub, ona eyni maddə ilə eyni cəzanı, iki ay inzibati həbs vermişdilər. Birinci həbsi zamanı məhkəmədə bildirmişdi ki, narkotik maddə saxlamaqda ittiham olunsa da, polis bölməsində ona ancaq siyasi məsələlərlə bağlı suallar veriblər. Heç vaxt narkotikdən istifadə etmədiyini deyən gənc fəalın sözlərinə görə, birinci dəfə saxlanılanda da döyülmüşdü.

Fuad İsmayılov fevralın 21-də Mərkəzi Seçki Komissiyasının binası qarşısında divara seçki qanunvericiliyinin pozulmasına etiraz olaraq "Fu Məzi” şüarı (MSK sədri Məzahir Pənahova etiraz kimi ictimaiyyət belə ifadələr səsləndirir-red.) yazdığına görə saxlanılmışdı.

Öz növbəsində rəsmi Bakı bir qayda olaraq ölkədə insanların siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG