Accessibility links

Bloq: Ana südü ilə qidalanma körpənin sağlam gələcəyində ilk və ən mühüm addımdır


Avqustun 1-dən 7-nə qədər beynəlxalq Ana südü ilə qidalanma həftəsidir. Ümumdünya Səhiyyə Təşkilatının BMT-nin Uşaq agentliyi UNICEF-lə birlikdə keçirdiyi beynəlxalq kampaniyada dünya ölkələrində ana südü ilə qidalanmanın uşaqların sağlam həyatında rolu və əhəmiyyətinə xüsusi diqqət çəkilir.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, dünyanın 194 ölkəsindən yarıdan az hissəsi-yalnız 40 faizində altı aydan kiçik körpələr təkcə ana südü ilə qidalanır.

Ana südünün körpələrin həyatının ilk altı ayı xüsusilə böyük əhəmiyyəti var. Ana südü ilə qidalanma körpələrdə uşaqlar arasında ölümə səbəb olan ishal və pnevmoniya kimi halların qarşısının alınmasına kömək edir.

Körpələrini əmizdirən analarda isə qadınlar arasında ən çox ölümə səbəb olan yumurtalıq və döş xərçəgi kimi xəstəliklərin riski azalır.

Ümumdünya Səhiyyə Təşkilatı ana südü ilə qidalanmanın körpələrin həyata ilk çağlardan sağlam başlamasının əsası olduğunu bildirir. Bu, körpənin xəstəliklərə qarşı ilk peyvəndi və əsas qida mənbəyidir. Tibb mütəxəsissləri ana südü ilə qidalanmanın körpələrin əqli inkişafına kömək etdiyini deyir.

Ana südü ilə qidalanma həm də ən yaxşı investisiya adlandırılır. Belə ki səhiyyə xərclərini azaltmaqla və sağlam gənc işçi qüvvəsi yaratmaqla dünya ölkələrində iqtisadi inkişafa nail olmaq olar.

Aliya Shagiyeva
Aliya Shagiyeva

Ana südü ilə qidalanma analar, uşaqlar və cəmiyyətin inkişafına xidmət edir.

Lakin hələ də bir çox ölkələrdə qadınların ictimai yerlərdə körpələri əmizdirməsi cəmiyyət tərəfindən mənfi qarşılanır. Hərbi qüvvələrdə xidmət edən qadınlara körpələri əmizdirmək üçün xüsusi yerlərin ayrılması isə yalnız uzun illər və səylərdən sonra mümkün olmağa başlayır.

Aliya Shagiyeva
Aliya Shagiyeva

Bu həftə Qırğızıstan prezidentinin qızı Aliya Şagiyevanın körpə qızını əmizdirməsini əks etdirən fotoları ilə bağlı mübahisələr cəmiyyətdə kifayət qədər dəstəyin olmaması ilə yanaşı, həm də stereotiplərin mövcud olduğunu göstərir. Sosial mediada paylaşdığı fotoları müdafiə edən Aliya “körpəmi əmizdirərkən ona həmin məqamda verə biləcəyim ən yaxşı nə varsa onu verdiyimi düşünürəm” cavabı verib. Analıq duyğularını yeni-yeni kəşf etməyə başlayan Aliya deyir ki, körpəsi ilə təmas onun üçün hər şeydən daha önəmlidir. BBC şirkətinin Qırğız xidmətinə müsahibədə Aliya Şagiyeva deyib ki, "mənim bədənim vulqar deyil, onun funksiyası var və onun məqsədi mənim körpəmin fizioloji ehiyaclarını yerinə yetirməkdən ibarətdir, onu seuksuallaşdırmaq lazım deyil."

Victoriya Perez
Victoriya Perez

Bir neçə il bundan əvvəl Argentina parlamentinin üzvü Viktoriya Perezin körpəsini əmizdirən zaman çəkdirdiyi foto sosial mediada böyük rəğbət və dəstəklə qarşılandı. Lakin çoxları onu qeyd etdi ki, gənc qadın qanunverici iş yerində bunu edə bilən azsaylı və daha artıq imtiyaza malik qadınlardan biridir.

Larissa Waters
Larissa Waters

Avstraliya qanunvericisi Larissa Uoters isə bu il may ayında parlamentin iclasına körpəsi ilə gəlib onu ictimiayyət qarşısında əmizdirəndən sonra dünya mediasının diqqətini cəlb edib. Larissa Uoters qadın hüquq müdafiəçilərinin onu alqışlamasına baxmayaraq, qadının körpəni əmizdirməsi kimi təbii bir hərəkətin dünya miqyasında bu şəkildə diqqətə səbəb olmasını təəccüb hissi ilə qarşılayıb. “Doğrudan da qadının uşağı əmizdirməsinin beynəlxalq xəbərə çevrilməsi gülüncdür. Qadınlar bineyi-qədimdən uşaq əmizdirir.”

Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF növbəti 10 il ərzində ana südü ilə qidalanmanın 520 mindən çox uşağın həyatını xilas edə biləcəyini bildirir.

Bunun məqsədlə bu təşkilatlar körpələrin ana südü ilə qidalanmasını təmin etmək üçün dünya ölkələrinin hökumətlərini, donorlar və tərəfdaşları növbəti 10 il ərzində hər il 570 milyon maliyyə vəsaiti ayırmağa çağırır.

Bu kampaniyaya dünya qadınları böyük dəstək verib. Bill və Melinda Gates Fondunun həmtəsisçisi Melinda Geyts dünyanın iqtisadi cəhətdən az inkişaf etmiş ölkələrində qadınlar və uşaqların sağlamlığına investisiya və bunun bir hissəsi kimi ana südü ilə qidalanma praktikasının genişləndirilməsinə kömək məqsədilə kampaniya aparır. Melinda Geyts özü də yazdığı bloqunda hər üç övladını əmizdiyini deyib.

ABŞ-ın keçmiş prezidenti Bill Klinton və 2016-cı il prezident seçkilərində demokrat namizəd olmuş Hillari Klintonun qızı Çelsi Klinton də sosial mediada körpələrin ana südü ilə qidalanmasına dəstəyini bildirərək, bunun qlobal standart olmalı olduğunu yazıb.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG