Accessibility links

Təhlilçilər: Kabil uğrunda döyüş artıq başlayıb


Əfqanıstanın təhlükəsizlik əməkdaşları intiharçı hücumdan sonra əraziyə nəzarət edir. 22 dekabr, 2017
Əfqanıstanın təhlükəsizlik əməkdaşları intiharçı hücumdan sonra əraziyə nəzarət edir. 22 dekabr, 2017

Həftəsonu Kabildə Taliban tərəfindən həyata keçirilən hücumlar amerikalılar da daxil olmaqla yüzlərlə insanın ölümünə səbəb oldu. Bu hadisələr 16 illik Əfqan Müharibəsində çıxış yolu tapmaq üçün Tramp administirasiyası tərəfindən reallaşdırılacaq addımların nəzərdən keçirildiyi vaxta təsadüf edir.

Tramp administrasiyası Əfqanıstandakı hərbi qüvvələrin sayını 16 minə çatdırdığı bir vaxtda General Cozef Votonun başçılıq etdiyi ABŞ Mərkəzi Komandanlığı yaz aylarında Əfqanıstan qüvvələrinə yardım məqsədilə Talibanla başlanacaq döyüşlərdə hücumda və üstünlükdə qalmağa kömək edə biləcək hərbi məsləhətçiləri ezam edib.

Prezident Tramp öz tvitində rəsmi İslamabadı ‘yalan və aldatma’-da suçlayıb.

Baş verənlər son dövrlərdə Taliban liderləri ilə danışıqlara təkan verən qonşu Pakistanın mövqeyi ilə ziddiyyət təşkil edir.

Lakin İslamabadın təklifləri ilə razı olmayan Tramp administirasiyasi Pakistanı ikili oyun oynamaqda günahlandırıb. Administirasiya İslamadabı 40 il əvvəl Pakistana köçən, zəngin və güclü əlaqələri olan Haqqani qrupuna sığınacaq verməkdə ittiham edib.

Tramp Yeni İldə yazdığı ilk tvitlərdən birində rəsmi İslamabadı ‘yalan və aldatma’-da suçlayaraq, Pakistanı ABŞ-ın maliyyə yardımlarını alaraq, NATO-nun Əfqanıstandakı qoşunlarına şiddətli hücumlar törədən Taliban terrorist qrupunu sığınacla təmin etməkdə təqsirləndirib.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley yanvar ayının ortalarında baş tutan Təhlükəsizlik Şurası görüşündə Trampın Kabillə bağlı siyasətini açıqlayarkən Pakistanın Taliban militanlarına sığınacaq verməyi dayandırmalı olduğunu bildirib.

Pakistan sərhədçisi Əfqanıstanla sərhəd xəttində keşik çəkir.
Pakistan sərhədçisi Əfqanıstanla sərhəd xəttində keşik çəkir.

Səfirin çıxışından bir həftə sonra Taliban Kabildə yerləşən ‘Intercontinental’ otelini 13 saatlıq mühasirəyə götürdükdən sonra onlarla insanı qətlə yetirərək, otelin binasını yandırdılar. Hadisənin xarici hərbiçilərin yemək yediyi vaxta təsadüf etməsi onu göstərir ki, terrorçu qrup mühafizə edilən anklava düzgün vaxtda və düzgün yerdən hücum etmək bacarığındadırlar.

Əfqanıstanın şok vəziyyətindən çıxmağa çalışdığı bir vaxtda, yanvarın 27-si Kabilin insan sıx olan bölgəsində intiharçının bombalı ambulansı partlatması nəticəsində yüzlərlə insanın ölməsinə və yaralanmasına səbəb oldu. Taliban sözçüsü Zabiullah Mücahid polisin öldürüldüyünü iddia edsə də, şahidlərin sözlərinə görə, qurbanların əksəriyyəti mülki şəxslər idi.

Talibanların ABŞ şərtləri ilə danışmağa hazır olduğu şəraiti yaratmaq üçün hərbi təzyiqləri davam etdirmək Tramp administrasiyasının əsas hədəfidir.
Marvin Vaynbaum, sabiq ABŞ rəsmisi

Otelə edilən hücumdan sonra təqaüdə çıxmış Pakistanın briqada generalı İşaq Xattak Haqqani şəbəkəsininın hücumları Pakistanın köməyi sayəsində həyata keçirilməsi barədə Əfqanıstan və ABŞ tərəfindən edilən iddiaları rədd edib

Hələ də hücumun Talibanla son razılığa gəlməsi üçün Pakistanın strategiyasının bir hissəsi ola biləcəyini bəyan edən Xattak, 16 ildən sonra belə Əfqanıstana sülh gətirə bilmədiyi üçün ABŞ-ın düşüncə xəttinin dəyişdirməli olduğunu qeyd edib.

ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Marvin Vaynbaum isə Tramp administrasiyasının "Talibanların ABŞ şərtləri ilə danışmağa hazır olduğu şəraiti yaratmaq üçün hərbi təzyiqləri davam etdirmək" siyasəti yürütdüyünü bildirib.

Bu siyasətə uyğun olaraq ABŞ tərəfi 24 yanvarda Pakistanda dron hücumu həyata keçirdi. Hücum nəticəsində Orakzay agentliyinin Dapa Mamozai kəndinə yerləşən Haqqani şəbəkəsinin komandiri Tariq Mahmud öldürüldü.

NBC News xəbər agentliyinin verdiyi məlumata görə, "Xovaray" ləğəbi ilə tanınan Mahmud əfqan təhlükəsizlik qoşunlarını və ABŞ əsgərlərini hədəf alan bir neçə hücumun məsuliyyətini öz üzərinə götürmüşdü. Yanvarın 20-sində Kabildəki İntercontinental otelinə hücumu təşkil edən digər Haqqani lideri isə yaralanaraq, istintaqa cəlb olunub.

Pakistan Xarici İşlər Nazirliyi "Əfqanıstan düşərgəsini hədəf aldıqlarını" iddia edərək həyata keçirilən, "birtərəfli" razılaşdırılmış dron hücumundan narazılıqlarını dilə gətirib. FATA-nın siyasi agentləri isə dron hücumun tək bir hədəfi olduğunu və heç bir sivil vətəndaşı öldürmədiyini bildirib.

Atlantik Şurasının Cənubi Asiya Mərkəzində tanınmış yazıçı Şuja Navaz bildirib ki, Britaniya və Fransa kimi qərb ölkələri 2004-cü ildən bəri sərhəd bölgələrində kəşfiyyat agentlərini artırdıqları üçün ABŞ bu cür həssas dron hücumunu həyata keçirə bilib.

Talibanın terror hücumları ötən həftələrdə intensivləşib.
Talibanın terror hücumları ötən həftələrdə intensivləşib.

Navaz deyir ki, Hakanilərin Əfqanıstanla Pakistan sərhədində xüsusi mühafizə edilən yerləri olduğundan onlar Federal İdarə ediıən Tribal Ərazini (FATA) asanlıqla keçə bilirlər. O, keçən il Pakistanın Haqqani şəbəkəsini təmamilə Əfqanıstana qovmaq fürsətini itirdiyinə təəssüf edir.

Pakistan rəsmiləri bildirirlər ki, onlar ABŞ-la danışıqlar aparmağa çalışır. İslamabad yanvarın 15-də "yumşaq gücündən" istifadə edərək Qətərdən olan əfqan Taliban heyətini Əfqanıstan Milli İslam Cəbhəsi başçısı Pir Syed Həmid Gilani ilə görüşə ev sahibliyi edib.

ABŞ Əfqanıstandan çıxan kimi bir neçə ayın içərisində Taliban hərbi qələbəyə doğru irəliləməyə başlayacaq.
Marvin Vaynbaum

Əfqanıstan Talibanının rəhbəri və Molla Ömərdən sonra üçüncü şəxs olan Molla Hibatullah Axundzadə bu görüşə xeyir-dua verib.

Vaynbaum bildirib ki, Talibanın yalnız ABŞ-la birbaşa danışıqlar tələb etməsi tez-tez istifadə olunan strategiyadır. Onun sözlərinə görə, Taliban bununla sadəcə "amerikalıları Əfqanıstandan çıxarmaq" istədiklərini çatdırmaq istəyir.

Navazın sözlərinə görə, Pakistanın FATA-nı Talibana uduzması ABŞ-ın sərhəd ərazilərə qoşun göndərməsi ilə nəticələnə bilər. Bu da Pakistan üçün "qırmızı xətt" olacaq.

Bundan əlavə Navaz qeyd edir ki, ABŞ "Pakistanı terrorizmi dəstəkləyən dövlət elan etməsi" kimi son vasitəyə əl atmazdan əvvəl, Pakistanın əməkdaşlığını təmin etmək üçün BVF, Dünya Bankı və beynəlxalq qurumlar kimi təzyiq nöqtələrindən istifadə edəcək.

Ekspertlər hesab edirlər ki, həqiqi sınaq Talibanla mübarizə aparmaq üçün ABŞ-ın gənc komandirlər, yeni avadanlıq və məsləhətçilər cəlb etdiyi Əfqanıstanın yaz hücumlarında meydana çıxacaq.

XS
SM
MD
LG