Accessibility links

“Anamın Yaylığı” ədəbi musabiqəsinin 6-cı turu keçiriləcək


Anamin Yayligi
Anamin Yayligi

İran Azərbaycanında Ərdəbildə türkcə və farsca kitablar nəşr edən Yaylıq nəşriyyatı “Anamın Yaylığı” şeir və hekayə musabiqəsinin 6-cı turunun keçirilməsi ilə bağlı bəyanat yayıb.

Yaylıq Yayınevi nəşriyyatının veb səhifəsində yayılan məlumata istinadən, yarışmaya qatılmaq istəyən yazar və şairlər türkcə bu günə qədər nəşr edilməmiş şeir və ya hekayələrdən bir nümunə göndərməlidir. Bu nümunələr email vasitəsi ilə avqustun 9-a dək Yaylıq nəşriyyatının adresinə göndəriləməlidir. Qaliblərin adları isə avqustun 31-də elan ediləcək.

Müstəqil festival şəklində təşkil edilən Anamın Yaylığı müsabiqəsi təqribən hər altı aydan bir keçirilir. Festivala Azərbaycan vilayətləri ilə yanaşı, İranın başqa bölgələri, həmçinin Azərbaycan Respublikası və Türkiyədən də qatılanlar olub.
“Musabiqənin ilk beş turunda ümumilikdə 418 nəfər öz şeir və ya hekayələri ilə yarışmada iştirak edib”-deyə nəşriyyatın veb səhifəsində qeyd edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG