Accessibility links

Reportyor Anar Abdullayev sərbəst buraxılıb


Anar Abdulla
Anar Abdulla

Reportyor Anar Abdullayev sentyabrın 30-da saxlanılıb, daha sonra isə sərbəst buraxılıb. Reportyorun məlumatına görə, o, polis bölməsinə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Milli Məclisin qarşısında keçirəcəyi aksiya ilə bağlı olub.

Bundan öncə isə Anar Abdullayevin saxlanılması ilə bağlı Amerikanın Səsinə onun yaxını Mina Əlyarlı məlumat verib. Onun sözlərinə görə, sentyabrın 30-da səhər saatlarında polis əməkdaşları Anar Abdullanı evinin önündə gözləyiblər və ona zəng edərək polis bölməsinə getməli olduğunu deyiblər:

“İki saatdan çoxdur ki, ondan xəbər ala bilmirik. 18-ci polis bölməsindən bizə bildirildi ki, burada belə bir adam yoxdur. Anarın niyə saxlanılmasını da bilmirik, çünki bugünkü aksiya ilə onun heç bir əlaqəsi yoxdur”, o deyib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, bu barədə məlumatı yoxdur, məsələni araşdırıb məlumat verəcək.

Anar Abdullayev bundan öncə də iki dəfə inzibati həbs cəzası alıb. Məhkəməyə gətirilən Anar Abdullayev çıxışında sosial şəbəkələrdə yazılan şərhə görə çağırıldığını və bölmədə ona zorakılıq göstərildiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00
XS
SM
MD
LG