Accessibility links

Anar Məmmədlinin işi üzrə zərərçəkənlər...[Video]


Anar Məmmədli (SMDT-nin rəhbəri)
Anar Məmmədli (SMDT-nin rəhbəri)

Amnesty İnternational Anar Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin, bu QHT-nin icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun işi üzrə proses davam edib.

Onlar Cinaytə Məcəlləsinin 5 maddəsi ilə, - vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə, iri məbləğdə əmlakın mənimsənilməsi və vəzifə saxtakarlığında ittiham olunurlar.

Mayın 5-də zərərçəkənlərin ifadələri davam edib. Onlardan biri Etiram Muradov bildirib ki, 2007-ci ildən 2010-cu ilədək SMDTM-in layihələrində Tərtər, Ağdam, Bərdə, Yevlax, Mingəçevir üzrə koordinator olub.

O, müttəhimlərə qarşı heç bir iradının olmadığını bildirib. Proses iştirakçılarının suallarına cavab olaraq deyib ki, layihələrin reallaşması üçün sənədlərdə göstərilən və imzaladığı qədər vəsait alıb.

Sonra Həsən Həsənov çıxış edib. O 2013-cü il prezident seçkilərinin monitorinqi üzrə layihələrdə iştirak edib. Həsənov bildirib ki, 456 manata imza atıb, lakin ona 100 manat verilib.

“Hüquqlarının pozulması ilə bağlı məhkəmə müraciət edibmi” sualına “xeyr” cavabını verib.

Dinləmələr zamanı məlum olub ki, H.Həsənov bu təşkilatlara ali təhsil haqqında diplomunu təqdim etməyib və 2013-cü il sentyabrın ortalarında layihədən çıxarılıb, çünki işinin öhdəsindən gələ bilməyib.

H.Həsənov bildirib ki, regional koordinatorlar da əmək haqqından nazarı olublar. O, Sabirabad üzrə koordinator Sahib Rüstəmlinin adını çəkib. Sonuncu isə məhkəmədən söz istəyərək onu “böhtançı” adlandırıb.

Qeyd edək ki, əvvəlki iclasda S.Rüstəmov çıxış edərək özünü zərərçəkən saymadığını bildirib. Proses mayın 6-da saat 10.30-da davam edəcək.

Amnesty İnternational Anar Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb.
Anar Məmmədlinin işi üzrə zərərçəkənlər...
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG