Accessibility links

İran Azərbaycanında uzun müddətdən sonra Anar adlı uşağa şəxsiyyət vəsiqəsi verilib


İranın Qərbi Azərbaycan vilayətinin Qoşaçay şəhərində ailənin Anar adlı övladına təqribən 10 aydan sonra şəxsiyyət vəsiqəsi verilib.

Anarın atası Cavad Sudbər İnstagram səhifəsində bu xəbəri paylaşaraq, “Sonunda 322 gün Qeydiyyat İdarəsi və məhkəməyə müraciət və dirənməkdən sonra Anar balamıza kimlik ala bildik”- deyə, qeyd edib.

İran Azərbaycanında valideynlər arasında övladlarına türk adlarına meyillər son illərdə artıb. Buna baxmayaraq, Vətəndaşlıq Qeydiyyatı İdarəsi bir çox türk adını xarici ad olaraq qəbul edərək, müəyyənləşdirdiyi ad siyahısına salmayıb.

Ailələrin uşaqlarına bu siyahıdan xaric ad seçməsi şəxsiyyət vəsiqəsi almağı xeyli çətinləşdirir və valideynin istədiyi ad ilə uşaqlarına şəxsiyyət vəsiqəsi alması aylar sürür.

Aprel ayında Sayınqala (Şahindej) şəhərinin sakini Babək Qabelnejadın uşağına Yağış adı ilə şəxsiyyət vəsiqəsi alması da 4 ay sürmüşdü.

Ərdəbil sakini, sənətkar Səccad Colani qızı Ayıl üçün şəxsiyyət vəsiqəsini 9 aylıq bir mübarizədən sonra ala bilmişdi.

Tikantəpə şəhərində yaşayan ailənin övladına seçdiyi Onur adı ilə şəxsiyyət vəsiqəsi alması 3 il 6 aydan sonra mümkün olmuşdu.

Hazırda bir çox güneyli valideyn uşaqlarına türk adları seçdiyi üçün uzun və yorucu prosedurla üz-üzə qalır.

İran Vətəndaşlıq Qeydiyyatı İdarəsi, Fars Dili və Ədəbiyyatı Akademiyası ilə birlikdə ad siyahısı hazırlayaraq, ailələrin bu siyahıdan ad seçmələrini təklif edir. İranda dövlətə yaxın mətbuat bu ad siyahısını hazırlamaqda etnik azlıqların da adlarından da istifadə edildiyini bildirsə də, bir çox türk adın bu siyahıya salınmadığı müşahidə olunur.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG