Accessibility links

Anar Məmmədlinin məhkəməsi başlayır [Video]


SMDT rəhbəri Anar Məmmədlinin məhkəməsi başlayır
please wait

No media source currently available

0:00 0:03:19 0:00

SMDT rəhbəri Anar Məmmədlinin məhkəməsi başlayır

Cinayət işi üzrə daha iki nəfər təqsirləndirilir

Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli, təşkilatın icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bəşir Süleymanlı və Elnur Məmmədov zamindədir.

Bugünkü iclasda Anar Məmmədlinin vəkili onun dəmir barmaqlıqlar arxasından çıxarılması, vəkillərinin yanında oturması barədə vəsatət qaldırıb, vəsatət təmin olunub.

Bundan əlavə vəkillərin prosesdə jurnalistlərin çəkiliş aparmasına şərait yaradılması, cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətləri təmin olunmayıb.

Hakim məhkəmə baxışını aprelin 28-nə təyin edilib.

Elnur Məmmədov Amerikanın Səsinə müsahibəsində bildirib ki, “təəssüflər olsun ki, cinayət işinə xitam verilməsi ilə bağlı vəkillərin vəsatətlər təmin olunmadı. Amma mən pessimizmə qapılmaq istəmirəm. Məhkmənin ədalətli qərar çıxaracağına ən azı ümidim var", o bildiirb.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur.

Martın 19-da ibtidai istintaq başa çatıb. A.Məmmədli və digər iki fəala qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (iri məbləğdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Beynəlxalq hüquq-müdafiə təşkilatı Amnesty International Anar Məmmədlini vicdan məhbusu kimi tanıyıb.

Anar Məmmədlinin vəkilləri onun həbsinin əsl səbəbini ötən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqini aparması ilə izah edir.
XS
SM
MD
LG