Accessibility links

Anar Məmmədli: Azərbaycanda seçki fəallığı müşahidə olunmur


Anar Məmmədli: Azərbaycanda seçki fəallığı müşahidə olunmur
Anar Məmmədli: Azərbaycanda seçki fəallığı müşahidə olunmur

Yaradılmış hüquqi çərçivə ümummilli seçki kampaniyası aparmaq üçün imkan vermir. Seçkilərdə ümummilli şüarlar az səsləndirilir

Parlament seçkiləri öncəsi durum seçki fəallığı ilə müşahidə olunmur. Bunun səbəbi son dövrlər insan hüquqları və azadlıqları sahəsində yaşanan böhrandır. Bu barədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.

O, müxalifətin seçkiqabağı mitinqlər təşkil etməməsinin səbəbini seçki kampaniyalarının əsasən dairələrin ərazisində aparılması ilə izah edib. “Təəssüf ki, ümumrespublika miqyaslı seçki mübarizəsi yoxdur. Namizədlərin platformaları çox halda yerli xarakterli olur. Əhalinin bütün təbəqələrini özündə əks etdirən şüarlar az səsləndirilir. Yaradılmış hüquqi çərçivə də ümummilli seçki kampaniyası aparmaq üçün imkan vermir”, - deyə o qeyd edib.

Cənab Məmmədli seçki təşviqat kampaniyasının cəmi 23 gün olmasını qəbuledilməz sayır. “23 gün ərzində hətta seçki dairəsinin bütün ərazisində kampaniya aparmaq belə çətindir”.

O eyni zamanda sərbəst toplaşmaq azadlığı ilə bağlı və müxalifətin mətbuata, xüsusilə də televiziyalara çıxışının xeyli məhdud olduğunu yada salıb. “Bütün bunlar isə seçki prosesinə mənfi təsirini göstərir”.

Cənab Məmmədli bir sıra seçki dairələrində faktiki alternativsizlik olduğunu da diqqətə çatdırıb. “Televiziya debatlarından da bəzi seçki dairələrində namizədlərin eyni platformaya məxsus olduğu aydın görünür. Bu alternativsizlik mühiti süni yaradılıb və belə mühitdə qalib olmaq asandır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG