Accessibility links

Anar Məmmədli: Fəallaşma azad seçki üçün birinci şərtdir [Video-Müsahibə]


Anar Məmmədli: Fəallaşma azad seçki üçün birinci şərtdir
please wait

No media source currently available

0:00 0:06:46 0:00

Anar Məmmədli: Fəallaşma azad seçki üçün birinci şərtdir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbərinin fikrincə, seçkiqabağı vətəndaş fəallığı ürəkaçan deyil

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Amerikanın Səsinə müsahibəsində seçkiqabağı mühitin, vətəndaş fəallığının ürəkaçan olmadığını bildirib.

Sual: Azərbaycanda seçkiqabağı mühiti necə qiymətləndirirsiniz? Uzun müddətdir bu sahədə tədqiqatlar aparırsınız.

rın təmin olunması ilə bağlı ölkədə çox ciddi problemlər var. Xüsusi ilə də ifadə azadlığı, birləşmək azadlığı və sərbəst toplaşmaq azadlığı ilə bağlı problemlər mövcuddur. Uzun müddətdir
Cavab: Azərbaycanda 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkiləri öncəki durumu kifayət qədər qeyri-demokratik dəyərləndirmək olar. Çünki seçkilər üçün lazım olan əsas siyasi azadlıqların təmin olunması ilə bağlı ölkədə çox ciddi problemlər var. Xüsusi ilə də ifadə azadlığı, birləşmək azadlığı və sərbəst toplaşmaq azadlığı ilə bağlı problemlər mövcuddur. Uzun müddətdir Azərbaycanda hökm sürən məhdudiyyətlər, qanunvericilik aktlarına dəyişikliklər, eyni zamanda praktikada bu azadlıqların təmin edilməməsi seçkilərə təbii ki, özünün mənfi təsirlərini göstərməkdədir.

Konkret olaraq Azərbaycanda bu gün azad televiziya məkanı yoxdur. Qarşı duran siyasi tərəflərin fikir dartışması üçün, alternativ fikirlərin ortaya qoyulması üçün, fərqli siyasi baxışların gündəmə gətirilməsi üçün müvafiq bir məkan, efir yoxdur.

İctimai televiziya üzərinə düşən öhdəliklərə rəğmən çalışmır.

2005-ci ilin 26 noyabrından bu günə qədər Bakı şəhərinin mərkəzində müxalif siyasi qüvvələrin cəhdlərinə rəğmən heç bir siyasi aksiya keçirilməsinə imkan verilməyib.
Azərbaycanın televiziya məkanında demək olar ki, siyasi plüralizmi təmin olunmur. İfadə azadlığı ilə bağlı bu proses qəzetlərə və başqa media orqanlarına qarşı da davam etməkdədir. Bu cür proses olduğu şəraitdə təbii ki, azad və ədalətli, normal demokratik siyasi mühitdən danışmaq əbəsdir.

Digər məsələ sərbəst toplaşmaq azadlığıdır. 2005-ci ilin 26 noyabrından bu günə qədər Bakı şəhərinin mərkəzində müxalif siyasi qüvvələrin cəhdlərinə rəğmən heç bir siyasi aksiya keçirilməsinə imkan verilməyib. Daim polislərin zorakılığı və müdaxiləsi ilə dağıdılıb və Bakı şəhər İcra Hakimiyyəti qanunsuz olaraq bu aksiyaların qarşısını alıb.

İfadə azadlığı, media azadlığı, toplaşmaq azadlığının olmadığı ölkədə azad və ədalətli seçkilər üçün demokratik mühitdən danışmaq yersizdir.

Sual: Seçkiqabağı siyasi fəallığı necə qiymətləndirirsiniz? Müxalifət-iqtidar dialoqu varmı, cəmiyyətin seçkilərə münasibəti, ümumi əhval-ruhiyyə necədir?

Cavab: Azərbaycanda hazırda siyasi proseslər canlanmağa doğru gedir. Təqdirəlayiq haldır ki, 2008-ci ilin prezident seçkisi ilə müqayisədə, indi ictimai-siyasi mühitdə bir qədər canlanma hiss olunur. Müxalif düşərgədə bir təmərgüzləşmə var. Yeni ictimai-siyasi qurumların meydana gəlməsi, siyasi konsolidasiya meyllərinin ortaya çıxması, vahid namizədlə bağlı müzakirələr. Bu kimi məsələlər siyasi canlanmanın işartıları sayıla bilər.

İqtidar-müxalifət dialoqu ilə bağlı vəziyyət çox acınacaqlıdır.
Amma, iqtidar-müxalifət dialoqu ilə bağlı vəziyyət çox acınacaqlıdır. Faktiki olaraq ölkədə iqtidarla müxalifətin təması demək olar ki, görünməməkdədir. Əlbəttə, bu çox vacibdir. Ona görə ki, Azərbaycanın seçkilərlə bağlı çox taleyüklü problemləri var. Taleyüklü problemlərdən çıxış yollarını isə iqtidar və müxalifətdə təmsil olunan qüvvələr bir masa arxasında oturub tapmalıdırlar.

İkincisi Azərbaycanda siyasi qüvvələr arasında ümumiyyətlə bir debat yoxdur. Yəni biz hər hansı bir fikir dartışmasının, təmasların ən ibtidai formasının şahidi ola bilmirik.

Digər tərəfdən isə Azərbaycanda sosial medianın yaratdığı yeni bir siyasi mühit var. Bu da proseslərə təsirini göstərməkdədir. Artıq televiziya və radiolara alternativ kimi
Digər tərəfdən isə Azərbaycanda sosial medianın yaratdığı yeni bir siyasi mühit var
sosial media çıxış edir. Bunun özü də siyasi müzakirələr üçün, siyasi disskusiyalar üçün yeni bir mühitin yaranmasından xəbər verir. Bu da çox təqdirəlayiq haldır.

Sual: Dünyanın demokratik ictimaiyyətinin, beynəlxalq təşkilatların Azərbaycanda ədalətli seçki mühiti yaradılmasına təsirləri necədir? Bir sıra ekspertlər getdikcə ədalətli seçki mühitinin korlandığını bildirir.

Eyni zamanda beynəlxalq təşkilatlar da fəallığını artırmalıdır,
Cavab: Beynəlxalq təşkilatların bu proseslərlə bağlı mandatı var. Azərbaycan beynəlxalq təşkilatların üzvüdür. Konkret olaraq Avropa Şurasının, ATƏT-in üzvü olaraq bu təşkilatlar qarşısında bir sıra öhdəlikləri var. Öhdəliklərin icrası ilə bağlı mandatları olan qurumlar var. Azərbaycan hökuməti bu qurumları da demək olar ki, iqnor etməklə məşğuldur, laqeyd yanaşır, bu qurumlarla kommunikasiyadan qaçır, çəkinir. Bunu da gündəmə gətirməliyik.

Eyni zamanda beynəlxalq təşkilatlar da fəallığını artırmalıdır, Azərbaycana vaxtaşırı səfərlər etməlidirlər, seçkilərlə bağlı narahatçılıqlarını bölüşməlidirlər, seçkiqabağı durumla bağlı görüşlərini intensivləşdirməlidirlər. Müxtəlif ölkələrdə, xüsusi ilə
Yəni, Varşava, Strasburq, Brüssel, Vaşinqton və digər mərkəzlərdə seçkiqabağı situasiya ilə bağlı diqqət artırılmalıdır.
də beynəlxalq təşkilatların yerləşdiyi ölkələrdə, şəhərlərdə bununla bağlı disskusiyalar aparmalıdırlar. Yəni, Varşava, Strasburq, Brüssel, Vaşinqton və digər mərkəzlərdə seçkiqabağı situasiya ilə bağlı diqqət artırılmalıdır. Amma, çox təəssüf ki, biz görürük ki, dünyanın gündəmində elə ölkələr var ki, onları qoyub Azərbaycanı önə çəkmək çətin olacaq. Suriya, İran, Rusiya dünyanın gündəmini zəbt etmiş ölkələrdir. Azərbaycan da bu ölkələrə geopolitik baxımdan yaxın məkanda yerləşir. Buna baxmayaraq Azərbaycana diqqət azdır. Bu isə təbii ki maraqlarımıza cavab vermir.

Sual: Seçkiqabağı vətəndaş fəallığı necədir?

Vətəndaşların seçki ilə bağlı proseslərə daha çox cəlb olunmasına ehtiyac var.
Cavab: Seçkiqabağı vətəndaş fəallığı ürəkaçan deyil. Bəzən biz virtual məkanda, sosial mediada, Facebook da və digər sahələrdə, internet forumlarda görürük ki, insanlar seçkilərlə bağlı məsələləri çox aktiv şəkildə sorğulayırlar. Amma, bu yetərli deyil.

Vətəndaşların seçki ilə bağlı proseslərə daha çox cəlb olunmasına ehtiyac var. Mənə elə gəlir ki, vətəndaş fəallığını zəif olmasını şərtləndirən cəhətlərdən biri də ölkədə media məkanı üzərində çox ciddi senzuranın mövcud olmasıdır. Televiziyaların hakimiyyətin kontrolundadır, siyasi mövzular yasaq edilib. Biz bu yasaqları dağıtmalıyıq, bu yasaqları aşmalıyıq. Vətəndaşlara seçkilərlə bağlı mesajlarımızı, ismarışlarımızı çatdırmalıyıq. İnsanların fəallaşması, əslində seçkilərin azad və ədalətli keçirilməsi üçün ən birinci şərtdir. Nə qədər ki, vətəndaşlar fəal deyillər doğrudan da, demokratik məcrada azad və ədalətli seçki keçiriləcəyinə inana bilmərik.
XS
SM
MD
LG