Accessibility links

Ancelina Joli venesuelalı uşaqlara beynəlxalq dəstəyə çağırıb


BMT-nin Qaçqınlar üzrə Ali Komissarının xüsusi nümayəndəsi Ancelina Joli Kolumbiyada qaçqınlarla görüşür, 7 iyun, 2019.

Hollivud ulduzu Ancelina Joli beynəlxalq ictimaiyyəti böhranın yaşandığı Venesueladan ən çox miqrant axını ilə qarşılaşmış Cənubi Amerikanın üç ölkəsinə dəstək göstərməyə çağırıb. O deyib ki, 20 mindən çox venesuelalı uşaq fundamental insan hüquqlarından məhrum olmuş vəziyyətə düşmək riski qarşısındadır.

Ancelina Joli bunları BMT-nin Qaçqınlar üzrə Ali Komissarının xüsusi nümayəndəsi kimi şənbə günü səfər etdiyi Kolumbiyada söyləyib. İki günlük səfəri zamanı Joli Venesuela miqrantları ilə görüşüb və Kartaxenada Kolumbiya prezidenti İvan Duke ilə görüş keçirib.

Biz beynəlxalq ictimaiyyətin böhranın əsas ağırlığını daşıyan Kolumbiya, Peru və Ekvadora daha artıq yardım göstərməsi üçün təcili ehtiyacın olduğu haqda razılığa gəldik.
Ancelina Joli

Venesuelada iqtisadi və humanitar böhran səbəbi ilə dörd milyondan çox qaçqın və miqrant ölkəni tərk edib. Onların bir milyondan çoxu Kolumbiyada yaşayır. Kolumbiya hökuməti və yardım agentlikləri yoxsul və zorakılıq səviyyəsinin yüksək olduğu sərhəd bölgələrinə axışan sayı durmadan artan miqrantları evlə, ərzaq və tibbi xidmətlərlə təmin etmək üçün səy göstərir.

Xarici ölkədə doğulan venesuelalı uşaqların valideynləri çox vaxt ya miqrant sənədləri olmadığına, ya da Venesuelanın sayı getdikcə azalmaqda olan konsulluqlarına gemək imkanına malik olmadıqlarına görə doğulmuş körpəni qeydiyyatdan keçirməkdə çətinlik çəkirlər.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının xüsusi nümayəndəsi Ancelina Joli və Kolumbiya prezidenti İvan Duke, 8 iyun, 2019. və
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının xüsusi nümayəndəsi Ancelina Joli və Kolumbiya prezidenti İvan Duke, 8 iyun, 2019. və

“Mən prezidentlə 20 mindən çox venesuelalı uşağın vətəndaşlığı olmamaq riski qarşısında qaldığı haqda, onun uşaqlara hər zaman kömək etməyə dair təəhhüdü haqda danışdım” – deyə Ancelina Joli mətbuat konfransında bildirib.

“Biz beynəlxalq ictimaiyyətin böhranın əsas ağırlığını daşıyan Kolumbiya, Peru və Ekvadora daha artıq yardım göstərməsi üçün təcili ehtiyacın olduğu haqda razılığa gəldik”, o deyib.

Kolumbiya prezidenti İvan Duke deyib ki, o, Ancelina Jolinin səfərinin dünyaya miqrant böhranının ciddiliyi haqda xəbərdarlıq olacağına ümid edir.

XS
SM
MD
LG