Accessibility links

Anders Breyvik: "Daha böyük hücum planlaşdırırdım"


Keçən il Norveçdə 77 nəfəri qətlə yetirməkdə ittiham olunan şəxs məhkəmədə hücuma video oyunlar oynayaraq hazırlaşıb.

Qaçmaq üçün çox az şansının olduğunu bildirən 33 yaşlı Anders Behrinq Breyvik artıq 4-cü gündür Oslo məhkəməsinə çıxır.

Zərərçəkənlərin vəkilləri və onların ailələri Breyvikin hərəkətlərinə etiraz edib.

Breyvik məhkəmədə deyib ki, o, keçən il hücum həyata keçirməmişdən bir neçə il əvvəl daha geniş hücum planlaşdırırmış. Daha sonra o bildirib ki, o, Osloda bomba partladandan sonra polislə qarşidurma olacağı gözləyirmiş və hadisə yerindən qaçmaq üçün cəmi 5 faiz şansının olduğunu ehtimal edirmiş.

XS
SM
MD
LG