Accessibility links

Angela Merkel “Şərq tərəfdaşlığı”ndan danışıb


Almaniya kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyev
Almaniya kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyev

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramının iştirakçılarının Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı saxlamaqla öz inkişaf yollarını axtarmaq hüququna hörmətlə yanaşır. RİA Novosti agentliyinin məlumatına gpörə, bu barədə AFR kansleri Angela Merkel bildirib.

“Biz Aİ ilə intensiv danışıqlarla yanaşı Rusiya, Avrasiya İqtisadi Birliyi ilə daha sıx əməkdaşlıq axtaran Ermənistanın qərarına hörmətlə yanaşırıq. Biz həmçinin hələlik Aİ üzvlüyünə yollar aramayan və Avrasiya İqtisadi Birliyində öz rolunu görməyən Azərbaycanın da mövqeynə hörmətlə yanaşırıq. Biz eyni zamanda məlum ziddiyyətlərə baxmayaraq, Belarus ilə ikitərəfli əməkdaşlığı davam etdirməyə hazırıq”, kansler bildirib.

“Şərq tərəfdaşlığı” proqramı Aİ-nin Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusla siyasi assosiasiyasını və iqtisadi inteqrasiyasını nəzərdə tutur.

Gürcüstan, Moldova, Ukrayna ötən il Aİ ilə assosiativ tərəfdaşlıq haqqında saziş imzalayıblar.

XS
SM
MD
LG